F-1.az xəbər verir ki, 2025-ci ildə Uitli müddəti açıqlanmayan məcburi məzuniyyətə çıxacaq, bundan sonra o, Audi komanda rəhbəri vəzifəsini icra etməyə başlaya biləcək.
Kristian Horner: “Conatanla 18 ildən çox davam edən uzun və uğurlu əməkdaşlığımız olub. Onun əvvəlcə komanda meneceri, sonra isə idman direktoru kimi altı Konstruktorlar Kubokuna və yeddi sürücü tituluna verdiyi töhfə həmişə tariximizdə bir dönüş nöqtəsi olaraq qalacaq.
Conatan 2024-cü ilin sonuna qədər vəzifələrini yerinə yetirməyə davam edəcək, çünki komanda fərdi hesabda və Konstruktorlar Kubokunda titulları qorumağa çalışır. Məcburi məzuniyyət 2025-ci ildə başlayacaq.
Red Bull Racing və Red Bull Technology Conatana yeni vəzifəsində ən xoş arzularını bildirir və öz minnətdarlığını ifadə edir.
Red Bull Racing böyük daxili gücə malikdir ki, bu da komandanın digər əməkdaşlarını vəzifədə yüksəltmək imkanı verir. Biz yaxın həftələrdə komandanın yeni strukturunu elan edəcəyik”.
Conatan Uitlinin dəvət edilməsi Audi-nin 2026-cı ildə Formula 1-də debütünə hazırlıq üçün növbəti addımıdır. Daha əvvəl alman avtomobil istehsalçısı Formula1-dəki bütün layihəyə rəhbərlik edəcək Mattia Binotto ilə müqavilə imzaladığını elan etmişdi.