Codemasters-in layihələr üzrə rəhbəri Pol Jil bildirib: “Biz F1 2017 oyununun əldə etdiyi yüksək reytinqlərdən çox razıyıq və yeni oyun üzərində işlərimizi davam etdiririk. Son illərdə oyunda nələrin vacib olduğunu, nələrə daha çox diqqət etməli olduğumuzu yaxşı anlamaq üçün azarkeşlərə, oyunsevərələ yaxın olmağa çalışırıq. Xüsusiyyətləri barədə bəhs etmək üçün oyunu biz də onlar kimi səbirsizliklə gözləyirik.
Karyera rejimi daha da inkişaf etdirilib ki, oyunsevərlər Formula1 atmosferinə daha dərindən bələd olsunlar. Tarixi maşınlara da yer veriləcək. Bunlardan başqa, bir çox sürpriz yeniliklər olacaq”.