F-1.az xəbər verir ki, F1 2017 PlayStation 4, Xbox One və PC platformaları üçün nəzərdə tutulub. Müəlliflər ötənilki oyunla (F1 2016) müqayisədə bir çox yeniliklər vəd edirlər. Xüsusilə də karyera və çox istifadəçi rejimləri yenidən işlənilib. Əsas fərq isə oyuna tarixi maşınların da daxil edilməsidir. Bu maşınların arasında McLaren Mp4/4, Williams FW14B və Ferrari F2002-nin olacağı artıq açıqlanıb. Tam siyahı isə yaxın vaxtlarda elan ediləcək.
Pol Jil, layihələr üzrə rəhbər: “Ötən il buraxdığımız oyun çox uğurlu alındı və yüksək qiymət verildi. Biz yeni oyun barədə məlumat verdiyimiz və ona tarixi maşınları yenidən daxil etdiyimiz üçün çox şadıq. Bu addımı F1 2013 oyununda atmışdıq və müsbət qarşılanmışdı. Lakin bu dəfə daha yaxşı olacaq. Formula1-də tarixi maşın çoxdur və onların arasından seçim etmək çox çətin oldu. Bununla belə, biz son 30 ildəki ən uğurlu maşınları oyuna daxil etmək barədə verdiyimiz qərardan razıyıq”.