Coca-Cola Formula1-lə maraqlanır?

Formula1-i böyük tütün sponsorları tərk etməyə başlayanda şayiələr yayılmışdı ki, onları idmanda böyük sərinləşdirici içkilər istehsal edən şirkətlər əvəzləyəcəklər. Bir […]

Formula1-i böyük tütün sponsorları tərk etməyə başlayanda şayiələr yayılmışdı ki, onları idmanda böyük sərinləşdirici içkilər istehsal edən şirkətlər əvəzləyəcəklər. Bir çoxları hesab edirdilər ki, Coca-ColaPepsiCo səviyyəli brendlərə yalnız maşınlarda tütün loqotiplərinin vurulması mane olur – onlar insan orqanizminə ziyan olan məhsullarla “qonşuluq” etmək istəmirdilər. Amma son nəticədə tütünçüləri banklar əvəz etdilər, sərinləşdirici içkilərdən isə çempionata yalnız Red Bull gəldi, özü də iki komanda ilə.

Coca-Cola tərəfindən yarışlara marağın oyanması barədə yeni şayiələrə Türkiyə Qran Prisinə şirkətin başçısı Muxtar Kentin baş çəkməsi təkan verib, Maxtar komandalardan birinin VİP qonağı olub. Deyilənlərə görə, Kent Formula1-in böyük azarkeşidir və buna görə də şirkət çempionata gələ bilər.

Şirkətin marketinq şöbəsinin başçısı Fillip Bodzenta bir tərəfdən bu şayiələri təkzib edib, digər tərəfdən isə şayiələri daha da gücləndirib – o jurnalistlərə bildirib: “Əmin edə bilmərəm ki, gələcəkdə belə danışıqlar olmayacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*