F-1.az xəbər verir ki, Quanyu ikinci dəfə pit-stopa çağrılmasının mənasız olduğunu düşünür.
Quanyu Çjou: “Bu gün əlimdən gələni etdiyimi düşünmürəm. Əvvəlcə hər şey yaxşı gedirdi və mən Aleks Elbondan cəmi iki mövqe geridə idim. Sıx mübarizə apardığım rəqiblər trasda qalarkən niyə ikinci dəfə təkər dəyişməyə qərar verdik, bilmirəm – bu mənim yarışımın sonu idi. Arxadan başlayanda mübarizə aparmaq həmişə çətindir, lakin bu yarışda istifadə edə bilmədiyimiz şanslarımız oldu.
Təkərlərdə hər şey qaydasında idi, onları işlək diapazonda saxladım, amma məni pitə çağırdılar. Qərarı komanda verdi, mən həyata keçirdim, amma açıq-aydın səhv seçim idi”.
Xatırladaq ki, Çjou dünənki yarışda yalnız 16-cı ola bilib. Onun hesabında cari mövsümdə cəmi 4 xal var və çempionatda 16-cı yerdədir – Quanyu Avstraliya və İspaniyada 9-cu olub.