F-1.az xəbər verir ki, şirkət 2016-cı ildən ikiqat dünya çempionu ilə əməkdaşlıq edir və bu mövsüm Aston Martin maşınlarında onun loqoları görünəcək.
Cefferson Slek, Aston Martin-in kommersiya direktoru: “Citi ilə əməkdaşlığa başladığımız üçün çox şadıq, bu, Formula1-də daha yüksək mövqe uğrunda mübarizə aparan komandaya yeni enerji verəcək.
Bu, sponsorluq müqavilələri portfelimizə ən son əlavədir və biz bankın ictimaiyyətlə əlaqələrini gücləndirmək səylərini dəstəkləməyə hazırıq. Onun Fernando ilə uzunmüddətli işgüzar əlaqələri var ki, bu da bizim yeni müqaviləmizi mükəmməl şəkildə tamamlayır və biz müsbət dəyişikliyə kömək etmək üçün birgə fəaliyyət proqramı hazırlamağı planlaşdırırıq”.