Çin Qran Prisindən sonra sürücülərin cərimə balları

FİA 2014-cü ildən etibarən cərimə ballarının tətbiqinə başlayıb – hər bir sürücüyə bəzi hallarda yarışdakı mövqeyinə təsir edəcək cəzalardan əlavə cərimə balı da verilir.

Hər hansı bir sürücü 12 ay ərzində 12 cərimə balı alarsa, növbəti yarışı buraxmalı olur. Üzərindən 12 aydan çox vaxt keçmiş ballar isə avtomatik olaraq silinir.

F-1.az xəbər verir ki, Çində keçirilən mövsümün ikinci yarışında stüardlar “boş dayanmayıblar”. Sıralanma turunda Antonio Covinatsinin qəzasına görə çıxan sarı bayraqlar altında sürətlərini azaltmayan Colion Palmer və Roman Qrojan 3 balla cərimələniblər. Niko Hülkenberqə isə yarışda yol verdiyi qayda pozuntularına görə 4 cərimə balı yazılıb.

Bu həftəsonu baş tutacaq Bəhreyn yarışından əvvəl heç bir sürücünün balı silinməyəcək. Lakin yarışın növbəti günü Niko Hülkenberqin balansından iki bal silinəcək – alman sürücü 2016-cı il aprelin 17-də Çində cəzalandırılmışdı…

Yer N Sürücü Bal 1-ci cərimə 2-ci cərimə 3-cü cərimə 4-cü cərimə
1 26 Daniil Kvyat 8 3 (Rusiya, 2016) 2 (Monako, 2016) 2 (ABŞ, 2016) 1 (Meksika, 2016)
2 21 Esteban Qutyerres 7 2 (Rusiya, 2016) 2 (Macarıstan, 2016) 3 (Belçika, 2016)
3 30 Colion Palmer 7 2 (Avstriya, 2016) 2 (Əbu Dabi, 2016) 3 (Çin, 2017)
4 5 Sebastyan Fettel 6 2 (Britaniya, 2016) 2 (Malayziya, 2016) 2 (Meksika, 2016)
5 6 Niko Rosberq 6 2 (Avstriya, 2016) 2 (Almaniya, 2016) 2 (Malayziya, 2016)
6 27 Niko Hülkenberq 6 2 (Çin, 2016) 4 (Çin, 2017)
7 55 Karlos Sayns 5 2 (Rusiya, 2016) 2 (Almaniya, 2016) 1 (Meksika, 2016)
8 94 Paskal Verlyayn 4 4 (Monako, 2016)
9 31 Esteban Okon 4 2 (Sinqapur, 2016) 2 (Braziliya, 2016)
10 20 Kevin Maqnussen 4 2 (İspaniya, 2016) 2 (ABŞ, 2016)
11 12 Felipe Nasr 4 2 (Avstriya, 2016) 2 (İtaliya, 2016)
12 11 Serxio Peres 3 3 (Sinqapur, 2016)
13 30 Roman Qrojan 3 3 (Çin, 2017)
14 7 Kimi Rəykkönen 2 2 (Avropa, 2016)
15 9 Markus Eriksson 2 2 (Monako, 2016)
16 88 Rio Haryanto 2 2 (Avstriya, 2016)
17 19 Felipe Massa 2 2 (Braziliya, 2016)
18 77 Valtteri Bottas 2 2 (Monako, 2016)
19 33 Maks Ferstappen 1 1 (Meksika, 2016)
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*