Quru. Günəşli. Havanın temperaturu +26° C, trasın temperaturu +35° C
Mövsümün ilk iki Qran Prisi dəyişkən havada keçmişdi və yalnız Şanxayda yağış yağmayıb – uik-endin bütün günləri tras quru olub. Dünən Lyuis Həmilton karyerasında 27-ci, mövsümdə və yeni komandasında isə 1-ci poulunu qazanıb. Onunla yanaşı birinci cərgədə Kimi Rəykkönen, ikinci cərgədə Alonso və Rosberq, üçüncü cərgədə Massa və Qrojan yer alıblar. Amma Şanxayda hər şey start mövqeyindən deyil, təkərlərlə iş taktikasından asılı olub.
Artıq cümə günü komandalar başa düşmüşdülər ki, Soft tərkibi Çin trasına düşmür və bir sürətli dövrədən sonra effektliyini itirir, ona görə də sıralanma turunda sürücülər fərqli metod seçiblər. İlk iki sessiyada Medium tərkibinə qənaət edən sürücülər sonuncu sessiyada seçim qarşısında qalıblar: Soft-la daha yüksək yer uğrunda mübarizə aparmaq yoxsa starta Medium təkərlə çıxmaq?
Ona görə də startda Batton, Fettel, Hülkenberq, di Resta, Peres, Vern və Bottas Medium-a üstünlük veriblər, digər sürücülər isə yarışa sarı təkərlərlə başlayıblar.
Dünən sıralanma turu başa çatdıqdan sonra stüardlar Mark Uebberin nəticəsini protokollardan siliblər – ikinci sessiyada avstraliyalı sürücü sürətli dövrəsindən sonra maşını saxlamalı olmuşdu, FİA-nın təftişi zamanı onun maşınında cəmi 150 qram yanacaq götürmək mümkün olub. Ona görə də Mark peletonun sonuna göndərilib, amma komanda bağlı park rejimini pozaraq onun maşınında ötürmələr qutusunu və sazlanmaları dəyişib – Uebber pit-leyndə yerini tutub.
Startda Həmilton poulun üstünlüyünü qoruyub, Rəykkönen hər iki Ferrari sürücüsünü önə buraxıb. Birinci dövrənin sonunda ilk onluq: Həmilton – Alonso – Massa – Rəykkönen – Qrojan – Rosberq – Rikkardo – Batton – Fettel – di Resta.
1-ci dövrənin sonunda Mark Uebber pit-leynə yollanıb və planlı olaraq Medium təkərlərinə keçib.
5-ci dövrədə Alonso və Massa Həmiltonu qabaqlayıblar, 6-cı dövrədə Qutyerres arxadan Sutilin maşınına çırpılıb – hər iki sürücü üçün yarış başa çatıb. Elə həmin dövrənin sonunda Həmilton və Rosberq ardıcıl olaraq mexaniklərinə baş çəkiblər. 7-ci dövrədə Alonso və Rəykkönen, 8-ci dövrədə Massa, Qrojan və Maldonado Soft təkərlərindən azad olublar. Yarışa Medium-la başlayan sürücülər başçılıq ediblər – Hülkenberq Fettelin bir neçə hücumunu dəf edib, Uebber isə 11-ci yerə yüksəlib.
Bir neçə dövrədən sonra Medium təkərlərinin də effektliyi ölüb, trasda ötməyə kifayət qədər imkan olduğu üçün mövqe uğrunda mübarizələr qızışıb.
15-ci dövrədə Hülkenberq, Fettel və di Resta təkərlərini dəyişiblər, Sebastyan pitdə Nikonu qabaqlayıb. Komanda yoldaşının arxasında trasa qayıdan Fettelin bəxti gətirib – Uebber və Vern 6-cı döngədə təmas yaşayıblar və hər iki maşın boksa tələsib. Trasa qayıdan Markın maşınında sağ arxa təkər yaxşı bərkidilmədiyi üçün avstraliyalı sürücü yarışı dayandırmalı olub. Peres və Rəykkönen də təmas yaşayıblar, finlandiyalı sürücünün ön antiqanadı və burun elementi dağılsa da, sürücü trasda qalıb.
Batton və Peres start aldıqları Medium-la trasda ən çox qalıblar – McLaren komandası hər iki sürücüsü üçün iki pit-stoplu strategiya seçib. Censon yarışa başçılıq edib, 21-ci dövrədə onu Alonso qabaqlayıb. 22-ci dövrədə Həmilton və Rəykkönen ikinci pitlərini keçiriblər. Rosberqin maşınında problemlər yaşandığı üçün almaniyalı sürücü yarışı dayandırmalı olub. 24-cü dövrədə Alonso və Batton təkərlərini dəyişiblər. 25-ci dövrədə Peres də ilk pit-stopunu reallaşdırıb. 27-ci dövrədə ilk onluq (mötərizədə pit-stopların sayı): Fettel (1) – Alonso (2) – Hülkenberq (1) – Batton (1) – Həmilton (2) – Rəykkönen (2) – di Resta (1) – Massa (2) – Qrojan (2) – Peres (1).
29-cu dövrədə Həmilton Battonu, Alonso isə Fetteli ötüb. 30-cu dövrədə Hülkenberq, 32-ci dövrədə Fettel və Peres pit-stop keçiriblər. Trasa qayıdan Sebastyan qısa müddət ərzində Massanı, di Restanı və Hülkenberqi qabaqlayıb. 35-ci dövrədə Rəykkönen sonuncu pit-stopuna yollanıb. 36-cı dövrədə Fettel Battonu keçərək 3-cü yerə yüksəlib.
37-ci dövrədə Massa, 38-ci dövrədə Həmilton, Qrojan və Vern, 39-cu dövrədə Rikkardo, 41-ci dövrədə Alonso sonuncu dəfə mexaniklərinə qonaq olublar. Alonso trasa 2-ci qayıdıb, amma 2 dövrə sonra Fetteli qabaqlayaraq yenidən yarışa başçılıq edib. Lyuis isə trasa Kiminin arxasında qayıdıb. 45-ci dövrədə onlar Battonu qabaqlayıblar.
50-ci dövrədə Batton sonuncu pit-stopunda Soft təkərlərinə keçib. Trasa qayıdan britaniyalı sürücü tezliklə Massanı üstələyib. 52-ci dövrədə Fettel sonuncu pit-stopunu keçirib və təzə Soft dəstini alıb. Trasa Həmiltondan 11 saniyə geridə qayıdan almaniyalı sürücü finişədək hücum edib və britaniyalı sürücünün düz arxasında yarışı başa vurub.
Alonso Çin Qran Prisində mövsümdə ilk və karyerasında 31-ci qələbəsini qazanıb. Yarışın həlledici faktoru strategiya və uzun məsafədə təkərlərlə effektiv iş olub – bu dəfə Ferrari rəqiblərində güclü olub, amma mövsümün ilk üç yarışında biz üç müxtəlif komandadan üç fərqli qalib gördük. Bir həftə sonra isə hər şey davam edəcək!
Yer | Pilot | Komanda | Motor | Vaxt |
01 | F.Alonso | Ferrari | Ferrari | 1.36:26.945 |
02 | K.Rəykkönen | Lotus | Renault | + 0:10.168 |
03 | L.Həmilton | Mercedes AMG | Mercedes | + 0:12.322 |
04 | S.Fettel | Red Bull | Renault | + 0:12.525 |
05 | C.Batton | McLaren | Mercedes | + 0:35.285 |
06 | F.Massa | Ferrari | Ferrari | + 0:40.827 |
07 | D.Rikkardo | Toro Rosso | Ferrari | + 0:42.691 |
08 | P.di Resta | Force İndia | Mercedes | + 0:51.084 |
09 | R.Qrojan | Lotus | Renault | + 0:53.423 |
10 | N.Hülkenberq | Sauber | Ferrari | + 0:56.598 |
11 | S.Peres | McLaren | Mercedes | + 1:03.860 |
12 | J.E.Vern | Toro Rosso | Ferrari | + 1:12.604 |
13 | V.Bottas | Williams | Renault | + 1:33.861 |
14 | P.Maldonado | Williams | Renault | + 1:35.453 |
15 | J.Byanki | Marussia | Cosworth | + 1 dövrə |
16 | Ş.Pik | Caterham | Renault | + 1 dövrə |
17 | M.Çilton | Marussia | Cosworth | + 1 dövrə |
18 | Q.van der Qarde | Caterham | Renault | + 1 dövrə |
– | N.Rosberq | Mercedes AMG | Mercedes | – |
– | M.Uebber | Red Bull | Renault | – |
– | A.Sutil | Force İndia | Mercedes | – |
– | E.Qutyerres | Sauber | Ferrari | – |
Sürətli dövrə: Sebastyan Fettel (Red Bull) – 1:36.808 (53-cü dövrə).
Turnir cədvəli:
Yer | Pilot | Komanda | Motor | Xal |
01 | S.Fettel | Red Bull | Renault | 52 |
02 | K.Rəykkönen | Lotus | Renault | 49 |
03 | F.Alonso | Ferrari | Ferrari | 43 |
04 | L.Həmilton | Mercedes AMG | Mercedes | 40 |
05 | F.Massa | Ferrari | Ferrari | 30 |
06 | M.Uebber | Red Bull | Renault | 26 |
07 | N.Rosberq | Mercedes AMG | Mercedes | 12 |
08 | C.Batton | McLaren | Mercedes | 12 |
09 | R.Qrojan | Lotus | Renault | 11 |
10 | P.di Resta | Force İndia | Mercedes | 8 |
11 | D.Rikkardo | Toro Rosso | Ferrari | 6 |
12 | A.Sutil | Force İndia | Mercedes | 6 |
13 | N.Hülkenberq | Sauber | Ferrari | 5 |
14 | S.Peres | McLaren | Mercedes | 2 |
15 | J.E.Vern | Toro Rosso | Ferrari | 1 |
16 | V.Bottas | Williams | Renault | 0 |
17 | E.Qutyerres | Sauber | Ferrari | 0 |
18 | J.Byanki | Marussia | Cosworth | 0 |
19 | Ş.Pik | Caterham | Renault | 0 |
20 | P.Maldonado | Williams | Renault | 0 |
21 | Q.van der Qarde | Caterham | Renault | 0 |
22 | M.Çilton | Marussia | Cosworth | 0 |
Yer | Komanda | Motor | Xal |
01 | Red Bull | Renault | 78 |
02 | Ferrari | Ferrari | 73 |
03 | Lotus | Renault | 60 |
04 | Mercedes AMG | Mercedes | 52 |
05 | McLaren | Mercedes | 14 |
06 | Force İndia | Mercedes | 14 |
07 | Toro Rosso | Ferrari | 7 |
08 | Sauber | Ferrari | 5 |
09 | Williams | Renault | 0 |
10 | Marussia | Cosworth | 0 |
11 | Caterham | Renault | 0 |