Quru. Günəşli. Havanın temperaturu +23°-25° C, trasın temperaturu +32°-35° C
Fernando Alonso bu gün səhər sərbəst yürüşlərdə hamıdan sürətli olub – ispaniyalı sürücü öz komanda yoldaşı Felipe Massanı qabaqlayıb.
Sessiya insidentsiz ötüşüb. Sürücülər elə ilk dəqiqələrdən trasda işə başlayıblar. Əvvəlcə Rəykkönen ldierliyi ələ alıb, amma sonra Həmilton onu üstələyib.
Sonra Mecedes AMG komandasınınb sürücüləri liderlik uğrunda bir-birini əvəz ediblər, Red Bull sürücüləri də yavaş-yavaş onlara yaxınlaşıblar. Nəticələr çox sıx olub – 16 sürücü 2 saniyəyə yerləşib. Amma Soft təkərlərinə keçdikdən sonra Ferrari sürücüləri fərqləniblər. Massa Həmiltonun nəticəsini cüzi yaxşılaşdırsa da, Alonso hər iki sürücünü yarım saniyə üstələyib.
Niko Rosberq sessiyanın sonunu boksda keçirməli olub – maşının asılqanlarında problemlər yaşanıb. Qido van der Qarde sükanın gücləndiricisindən, Serxio Peres isə motorun gücünün düşməsindən gileyləniblər.
Nəticələr belə olub:
Yer | Pilot | Komanda | Motor | Vaxt | Fərq | Dövrə |
01 | F.Alonso | Ferrari | Ferrari | 1:35.391 | – | 13 |
02 | F.Massa | Ferrari | Ferrari | 1:36.013 | + 0.622 | 11 |
03 | L.Həmilton | Mercedes AMG | Mercedes | 1:36.065 | + 0.674 | 18 |
04 | S.Fettel | Red Bull | Renault | 1:36.286 | + 0.895 | 17 |
05 | M.Uebber | Red Bull | Renault | 1:36.420 | + 1.029 | 15 |
06 | A.Sutil | Force İndia | Mercedes | 1:36.549 | + 1.158 | 16 |
07 | K.Rəykkönen | Lotus | Renault | 1:36.605 | + 1.214 | 16 |
08 | C.Batton | McLaren | Mercedes | 1:36.693 | + 1.302 | 16 |
09 | S.Peres | McLaren | Mercedes | 1:36.777 | + 1.386 | 16 |
10 | N.Hülkenberq | Sauber | Ferrari | 1:36.853 | + 1.462 | 15 |
11 | J.E.Vern | Toro Rosso | Ferrari | 1:37.072 | + 1.681 | 15 |
12 | D.Rikkardo | Toro Rosso | Ferrari | 1:37.205 | + 1.814 | 18 |
13 | P.Maldonado | Williams | Renault | 1:37.300 | + 1.909 | 11 |
14 | N.Rosberq | Mercedes AMG | Mercedes | 1:37.349 | + 1.958 | 12 |
15 | V.Bottas | Williams | Renault | 1:37.457 | + 2.066 | 16 |
16 | P.di Resta | Force İndia | Mercedes | 1:37.487 | + 2.096 | 13 |
17 | E.Qutyerres | Sauber | Ferrari | 1:37.740 | + 2.349 | 20 |
18 | R.Qrojan | Lotus | Renault | 1:37.813 | + 2.422 | 16 |
19 | J.Byanki | Marussia | Cosworth | 1:38.496 | + 3.105 | 17 |
20 | Ş.Pik | Caterham | Renault | 1:38.821 | + 3.430 | 18 |
21 | M.Çilton | Marussia | Cosworth | 1:39.627 | + 4.236 | 16 |
22 | Q.van der Qarde | Caterham | Renault | 1:39.652 | + 4.261 | 18 |