Çin Qran Prisi: Sıralanma turu

Quru. Günəşli. Havanın temperaturu +27° C, trasın temperaturu +41° C Bu mövsümdə tam quru asfaltda ilk sıralanma turunu Çin Qran […]

Quru. Günəşli. Havanın temperaturu +27° C, trasın temperaturu +41° C

Bu mövsümdə tam quru asfaltda ilk sıralanma turunu Çin Qran Prisinə qədər gözləməli olduq. Avstraliya və Malayziyada sürücülərə yağış mane olmuşdu və yalnız mövsümün 3-cü yarışı hələlik yağışsız keçir.

Pirelli şirkəti Şanxaya Medium və Soft sliklərini gətirib – Medium komandalara artıqdır və sərbəst yürüşlərdə sürücülər problemlərlə üzləşməyiblər, amma Soft yalnız bir sürətli dövrəyə tab gətirib, sonra isə effektliyi kəskin aşağı düşüb. Ona görə də komandalar Soft tərkibinə sıralanma turunda qənaət etməyə çalışmayıblar.

Birinci sessiyada Soft təkərlərlə trasa çıxan sürücülər yalnız bir cəhdlə kifayətlənməyə çalışıblar. Protokollara Lyuis Həmilton başçılıq edib – 1:35.793, ikinci sessiyaya Marussia və Caterham sürücüləri ilə birlikdə iki debütant – Bottas və Qityerres keçə bilməyiblər.

İkinci sessiyada Mark Uebber birinci sürətli dövrəsindən sonra maşınını trasda saxlayıb – yanacaq çənində FİA-nın rəsmi təftişi üçün zəruri olan yanacaq miqdarı qalmayıb. Çox güman ki, avstraliyalı sürücüyə cəza gələcək. Protokollara yenə də Həmilton başçılıq edib – 1:35.078, mübarizəni isə Uebberlə birlikdə di Resta, Peres, Sutil, Maldonado və Vern dayandırıblar.

Sonuncu sessiyada Fettel birinci trasa çıxıb, amma tezliklə boksa qayıdıb. Sessiyanın sonunda bütün sürücülər trasa çıxıblar. Fettel və Batton Medium tərkibini seçiblər, amma üçqat dünya çempionu birinci döngədə səhvə yol verib və dövrəsini tamamlamayıb. Hülkenberq də heç bir nəticə göstərməyib.

Həmilton isə karyerasında 27-ci, mövsümdə və Mercedes AMG komandasında ilk poulunu qazanıb – 1:34.484. Sabah britaniyalı sürücü ilə birlikdə ilk cərgədən Kimi Rəykkönen start alacaq – finladniyalı sürücü çempionata qayıtdıqdan sonra ən yaxşı nəticəsini göstərib. İkinci cərgədən Alonso və Rosberq, üçüncü cərgədən Massa və Qrojan start alacaqlar. Yarış maraqlı olacaq və hər şeyi strategiya həll edəcək…

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 L.Həmilton Mercedes AMG Mercedes 01 1:35.793 01 1:35.078 1:34.484
02 K.Rəykkönen Lotus Renault 12 1:37.046 06 1:35.659 1:34.761 + 0.277
03 F.Alonso Ferrari Ferrari 05 1:36.253 02 1:35.148 1:34.788 + 0.304
04 N.Rosberq Mercedes AMG Mercedes 02 1:35.959 05 1:35.537 1:34.861 + 0.377
05 F.Massa Ferrari Ferrari 03 1:35.972 04 1:35.403 1:34.933 + 0.449
06 R.Qrojan Lotus Renault 08 1:36.929 08 1:36.065 1:35.364 + 0.880
07 D.Rikkardo Toro Rosso Ferrari 11 1:36.993 09 1:36.258 1:35.998 + 1.514
08 C.Batton McLaren Mercedes 07 1:36.667 07 1:35.784 2:05.673 + 31.189
09 S.Fettel Red Bull Renault 06 1:36.537 03 1:35.343
10 N.Hülkenberq Sauber Ferrari 10 1:36.985 10 1:36.261
11 P.di Resta Force İndia Mercedes 15 1:37.478 11 1:36.287
12 S.Peres McLaren Mercedes 09 1:36.952 12 1:36.314
13 A.Sutil Force İndia Mercedes 14 1:37.349 13 1:36.405
14 M.Uebber Red Bull Renault 04 1:36.148 14 1:36.679
15 P.Maldonado Williams Renault 13 1:37.281 15 1:37.139
16 J.E.Vern Toro Rosso Ferrari 16 1:37.508 16 1:37.199
17 V.Bottas Williams Renault 17 1:37.769
18 E.Qutyerres Sauber Ferrari 18 1:37.990
19 J.Byanki Marussia Cosworth 19 1:38.780
20 M.Çilton Marussia Cosworth 20 1:39.537
21 Ş.Pik Caterham Renault 21 1:39.614
22 Q.van der Qarde Caterham Renault 22 1:39.660
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Çin Qran Prisi: Sıralanma turu

Quru. Buludlu. Havanın temperaturu +20° C, trasın temperaturu +22° C Mövsümün ilk iki yarışından sonra 3 həftəlik fasilə zamanı komandaların […]

Quru. Buludlu. Havanın temperaturu +20° C, trasın temperaturu +22° C

Mövsümün ilk iki yarışından sonra 3 həftəlik fasilə zamanı komandaların mühəndisləri üzə çıxmış problemləri həll etməyə və maşınları təkmilləşdirməyə çalışıblar. Bütün komandalar Çin yarışına yeniliklər gətiriblər, qüvvələr nisbətinin müəyyən olunmasına trasın konfiqurasiyası də təsir edib – iki uzun düz yolun olması bəzi komandalara üstünlük verib, digərlərinə başağrısı olub. Sərbəst yürüşlərdə Mercedes motorlarının üstün olması üzə çıxıb.

Red Bull sürücüləri sıralanma turuna da müxtəlif konfiqurasiyalı maşınlarla çıxıblar – Sebastyan Fettel mövsümöncəsi testlərdə istifadə olunan qazburaxma sisteminə qayıdıb. Əvvəlcə komanda yalnız cümə sərbəst yürüşlərində belə bir yoxlama keçirmək istəyirdi, amma hər iki sürücü öz maşınından razı qaldığı üçün maşınların konfiqurasiyasını belə də saxlamaq qərara alınıb.

Lyuis Həmilton mövsümün ilk iki poulunu qazansa da, bu dəfə ötürmələr qutusunun dəyişdirilməsi üzündən startda beş yer itirməklə cərimə olunub.

Birinci sessiyanın sonunda bir çox sürücü trasa yumşaq təkərlərlə çıxıb, ona görə də protokollara Serxio Peres başçılıq edib – 1:36.198, mübarizəni isə “yeni” komandaların sürücüləri ilə birlikdə iki yarış ardıcıl olaraq Jan Erik Vern dayandırıb. Bütün sürücülər 107%-lik səddi aşdıqları üçün sabah starta buraxılıblar.

İkinci sessiyada hamı sarı təkərlərə keçib, protokollara isə Mark Uebber başçılıq edib – 1:35.700, onun komanda yoldaşı isə mübarizəni dayandırmalı olub. Sonuncu dəfə Fettel 2009-cu il Braziliya Qran Prisində sıralanma turunun son sessiyasına keçə bilməmişdi. Onunla birlikdə Massa, Maldonado, Senna, di Resta, Hülkenberq və Rikkardo da mübarizədən kənar qalıblar.

Sonuncu sessiyada elə ilk cəhdində Niko Rosberq fantastik nəticə göstərib – 1:35.121 və maşını tərk edib. Rəqibləri bu nəticəyə yaxınlaşmaq uğrunda mübarizə aparıblar, ən yaxın olan Həmilton Nikoya yarım saniyə uduzub. Amma britaniyalı sürücünün cəriməsi üzündən sabahkı yarışda ikinci yerdən Mixael Şumaher start alacaq. Mercedes AMG komandası 1955-ci ilin İtaliya Qran Prisindən sonra ilk dəfə birinci cərgəni tam tutub.

Beləliklə, Rosberq ilk poulunu qazanıb, Şumaher qayıdışından sonra ən yüksək start mövqeyindən yarışa başlayacaq, Kamui Kobayaşi də karyerasının ən yaxşı start mövqeyini qazanıb və üçüncü yerdən start alacaq. Onun yanından isə qayıdışından sonra ən yüksək start mövqeyini tutan Kimi Rəykkönen yarışa başlayacaq.

Yarışın startı və gedişi çox maraqlı olacaq!

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 N.Rosberq Mercedes AMG Mercedes 14 1:36.875 02 1:35.725 1:35.121
02 L.Həmilton McLaren Mercedes 10 1:36.763 06 1:35.902 1:35.626 + 0.505
03 M.Şumaher Mercedes AMG Mercedes 11 1:36.797 03 1:35.794 1:35.691 + 0.570
04 K.Kobayaşi Sauber Ferrari 13 1:36.863 05 1:35.853 1:35.784 + 0.663
05 K.Rəykkönen Lotus Renault 12 1:36.850 08 1:35.921 1:35.898 + 0.777
06 C.Batton McLaren Mercedes 09 1:36.746 09 1:35.942 1:36.191 + 1.070
07 M.Uebber Red Bull Renault 08 1:36.682 01 1:35.700 1:36.290 + 1.169
08 S.Peres Sauber Ferrari 01 1:36.198 04 1:35.831 1:36.524 + 1.403
09 F.Alonso Ferrari Ferrari 02 1:36.292 10 1:35.982 1:36.622 + 1.501
10 R.Qrojan Lotus Renault 03 1:36.343 07 1:35.903
11 S.Fettel Red Bull Renault 15 1:36.911 11 1:36.031
12 F.Massa Ferrari Ferrari 05 1:36.556 12 1:36.255
13 P.Maldonado Williams Renault 04 1:36.528 13 1:36.283
14 B.Senna Williams Renault 07 1:36.674 14 1:36.289
15 P.di Resta Force İndia Mercedes 06 1:36.639 15 1:36.317
16 N.Hülkenberq Force İndia Mercedes 16 1:36.921 16 1:36.745
17 D.Rikkardo Toro Rosso Ferrari 17 1:36.933 17 1:36.956
18 J.E.Vern Toro Rosso Ferrari 18 1:37.714
19 H.Kovalaynen Caterham Renault 19 1:38.463
20 V.Petrov Caterham Renault 20 1:38.677
21 T.Qlok Marussia Cosworth 21 1:39.282
22 Ş.Pik Marussia Cosworth 22 1:39.717
23 P.de la Rosa HRT Cosworth 23 1:40.411
24 N.Kartikeyan HRT Cosworth 24 1:41.000

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Çin Qran Prisi: Sıralanma turu

Quru. Buludlu. Havanın temperaturu +15° C, trasın temperaturu +23° C Şanxayda sıralanma turu komandaların üç Qran Pridən ibarət olan səfər […]

Quru. Buludlu. Havanın temperaturu +15° C, trasın temperaturu +23° C

Şanxayda sıralanma turu komandaların üç Qran Pridən ibarət olan səfər proqramını başa vurmaqla, Avropa Qran Priləri ərəfəsində qüvvələr nisbətini qiymətlənidmrəyə imkan verib.

Sebastyan Fettel uik-endin bütün sərbəst yürüşlərinə liderlik edib, McLaren sürücüləri isə hər dəfə ona yaxınlaşmağa çalışıblar, digər komandalarda da inkişaf hiss olunur – Malayziyadan sonra az vaxt keçməsinə baxmayaraq, mühəndislər bəzi yeniliklər hazırlaya biliblər.

Şanxayda Pirelli-inin müxtəlif tərkibləri arasında sürət fərqi kifayət qədər böyük olub, ona görə də artıq birinci sessiyada bir çox sürücülər yumşaq təkərlərdən istifadə etməli olublar. Amma Red Bull sürücüləri belə etməyiblər, Mark Uebberin maşınında KERS də olmadığı üçün avstraliyalı sürücü gözlənilmədən mübarizəni elə birinci sessiyada dayandırmalı olub. Markla birlikdə keçənilki yeni komandaların bütün sürücüləri də mübarizədən kənar qalıblar. Protokollara isə Niko Rosberq başçılıq edib və bütün sürücülər 107%-lik səddi keçə biliblər.

İkinci sessiyanın sonuna iki dəqiqə qalmış sessiya qırmızı bayraqlarla dayandırılıb – dördüncü nəticə göstərmiş Vitaliy Petrovun maşını problemlər üzündən trasda dayanıb. Maşın evakuasiya olunduqdan sonra pit-leyndə trasa çıxmaq istəyən sürücülərdən növbə yaranıb. Belə gərgin trafikdə Sauber, Williams sürücüləri ilə birlikdə Sutil, Şumaher və Haydfeld mübarizəni dayandırıblar, protokollara isə Lyuis Həmilton başçılıq edib.

Son sessiyada yalnız Fettel və Batton trasa tələsiblər, almaniyalı sürücünün göstərdiyi nəticə birinci olub. Digər sürücülər yalnız bir cəhd ediblər, Batton və Fettel isə nəticələrinin keçilməz olduğunu gördükləri üçün ikinci cəhdlərini tamamlamadan pitə dönüblər – təkərləri sabahkı yarışa saxlamaq lazımdır. Sebastyan karyerasında 18-ci, mövsümdə 3-cü, ardıcıl 4-cü poulunu qazanıb. Startda McLaren sürücüləri onu qabaqlamağa çalışacaqlar.

Niko Rosberq hər iki Ferrari sürücüsünü üstələyib, Xayme Algersuari və Pol di Resta isə karyeralarında ən yaxşı nəticəni göstəriblər…

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 S.Fettel Red Bull Renault 06 1:35.674 03 1:34.776 1:33.706
02 C.Batton McLaren Mercedes 10 1:35.924 02 1:34.662 1:34.421 + 0.715
03 L.Həmilton McLaren Mercedes 12 1:36.091 01 1:34.486 1:34.463 + 0.757
04 N.Rosberq Mercedes GP Mercedes 01 1:35.272 09 1:35.850 1:34.670 + 0.964
05 F.Alonso Ferrari Ferrari 03 1:35.389 05 1:35.165 1:35.119 + 1.413
06 F.Massa Ferrari Ferrari 04 1:35.478 06 1:35.437 1:35.145 + 1.439
07 X.Algersuari Toro Rosso Ferrari 16 1:36.133 08 1:35.563 1:36.158 + 2.452
08 P.di Resta Force İndia Mercedes 07 1:35.702 10 1:35.858 1:36.190 + 2.484
09 S.Buemi Toro Rosso Ferrari 14 1:36.110 07 1:35.500 1:36.203 + 2.497
10 V.Petrov Lotus Renault GP Renault 02 1:35.370 04 1:35.149
11 A.Sutil Force İndia Mercedes 13 1:36.092 11 1:35.874
12 S.Peres Sauber Ferrari 11 1:36.046 12 1:36.053
13 K.Kobayaşi Sauber Ferrari 17 1:36.147 13 1:36.236
14 M.Şumaher Mercedes GP Mercedes 05 1:35.508 14 1:36.457
15 R.Barrikello Williams Cosworth 09 1:35.911 15 1:36.465
16 N.Haydfeld Lotus Renault GP Renault 08 1:35.910 16 1:36.611
17 P.Maldonado Williams Cosworth 15 1:36.121 17 1:36.956
18 M.Uebber Red Bull Renault 18 1:36.468
19 H.Kovalaynen Team Lotus Renault 19 1:37.894
20 Y.Trulli Team Lotus Renault 20 1:38.318
21 J.D’Ambrozio Marussia Virgin Cosworth 21 1:39.119
22 T.Qlok Marussia Virgin Cosworth 22 1:39.708
23 V.Liutsi Hispania Cosworth 23 1:40.212
24 N.Kartikeyan Hispania Cosworth 24 1:40.445

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*