Çin Qran Prisi: Pirelli – Soft və Medium

Şanxay trası sürətli döngələrlə, ötmələr üçün əla imkanlra və codluluğu az olan asfalt örtüyü ilə fərqlənir. F-1.az-ın verdiyi xəbərə görə, […]

Şanxay trası sürətli döngələrlə, ötmələr üçün əla imkanlra və codluluğu az olan asfalt örtüyü ilə fərqlənir. F-1.az-ın verdiyi xəbərə görə, bütün bunları nəzərə alan Pirelli şirkəti Çin Qran Prisinə Soft və Medium tərkiblərini gətirib…

Pol Hembri, Pirelli Motorsport: “Çin havası da çox vaxt gözlənilməz olur, amma adətən biz temperaturun Malayziyada olduğundan qat-qat aşağı olduğunu görürük. Keçən il Şanxayda stabil hava hökm sürdü, amma əvvəlki illərdə dəyişkən hava ilə üzləşmişdik, bu isə yarışa xüsusi intriqa qatır.

Şanxay trasında sol ön təkərə maksimal yüklənmə düşür, amma arxa təkərlər də aktiv işləməli olurlar, çünki dartıcı təkərlərin asfaltla yaxşı ilişməsini təmin etməlidirlər.

Hələlik proqnoz həftəsonuna elə də isti hava vəd etmir, amma hər şey mümkündür. Temperaturun artması təkərlərin yüklənməsini də artırır. Amma biz Malayziyada da gördük ki, təkərlər qat-qat isti havada yaxşı dözdülər. Şanxay trasında da gərgin mübarizə və ötmələr üçün kifayət qədər yer var. Taktikaya gəlincə, biz gözləyirik ki, yarış 2 pit-stopla keçəcək”.

Pirelli mütəxəssislərinin hesablamalarına görə, Soft və Medium tərkiblərinin sürət fərqi bir dövrədə 1.2-1.4 saniyə olacaq…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*