Çin Qran Prisi: Pirelli – Hard və Soft

Pirelli şirkəti Formula1-ə qayıtdıqdan sonra üçüncü Qran Prisinə hazırlaşır. Çində elə də isti olmayacaq, trasda sürətli döngələr çox deyil, asfalt […]

Pirelli şirkəti Formula1-ə qayıtdıqdan sonra üçüncü Qran Prisinə hazırlaşır. Çində elə də isti olmayacaq, trasda sürətli döngələr çox deyil, asfalt örtüyü isə elə də cod deyil. Ona görə də Pirelli hesab edir ki, qarşıdakı Qran Pridə təkərlərin yeyilməsi Sepanqda olduğu kimi olmayacaq – komandalara isə əvvəlki iki yarışda olduğu kimi Hard və Soft tərkibləri veriləcək…

Pol Hembri: “Hələlik mən bizim təkərlərin şounun keyfiyyətini necə artırmasından çox razıyam. Eyni zamanda komanda və sürücülərin bizim məhsullara necə tezliklə öyrəşmələri məni heyrətləndirir: əminəm ki, təkərin resursunu artırmaq üçün onlar yeni həllər tapacaqlar. Hələlik biz dediklərimiz doğru çıxır – Avstraliyada iki pit-stop və Malayziyada üç pit-stop, bu dəfə isə cümə sərbəst yürüşlərini gözləməli olacayıq.

Malayziyadan fərqli olaraq, bu dəfə cümə günü hər bir sürücü əlavə Hard təkər dəsti alacaq – Avstraliyada belə bir variant əla işləmişdi, komandalar trasda daha çox işləyəcəklər və yarışa daha yaxşı hazırlaşacaqlar.

Mövsümün ilk iki yarışı çox maraqlı alınıb, ümid edirəm ki, Çində də belə olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*