FİA arxa antiqanadın hərəkətli elementinin – DRS sisteminin Şanxay avtodromunda istifadə zonalarını təsdiq edib. F-1.az xəbər verir ki, keçən il olduğu kimi Çində də sürücülər trasın iki hissəsində DRS sistemini aktivləşdirə biləcəklər.
1-ci DRS zonası: Əgər 12-ci döngənin apeksində iki maşın arasında məsafə bir saniyədən az olarsa, onda geridə olan maşın arxa düzlükdə (14-cü döngəyə 752 metr qalmış) DRS-i aktivləşdirə bilər.
2-ci DRS zonası: Əgər sonuncu döngənin girişinə 35 metr qalmış iki maşın arasında interval 1 saniyədən az olarsa, onda sonuncu döngədən 98 metr sonra geridə olan maşın arxa antiqanadın hərəkətli elementindən yararlana bilər…