Quru. Günəşli. Havanın temperaturu +15°-16° C, trasın temperaturu +32°-34° C
Nahardan sonra komandalar sazlanmaların axtarışına və uzun dövrələr seriyasında hər iki təkər tərkibinin işini qiymətləndirməyə davam ediblər. Sürücülərin çoxu əylənmədə, xüsusən də ən uzun düzlüyün sonundakı 14-cü döngənin girişindəki əylənmə zamanı stabilliyin olmamasından gileyləniblər.
Sessiyanın əvvəlində Fettel 4-cü döngənin çıxışında fırlanıb, amma ciddi insident yaşanmayıb. Sessiyanın ortasında Massa əyləc problemi üzündən tarsdan çıxıb – maşının təxliyyəsi üçün qırmızı bayraqlar dalğalanıb.
Pit-leynin çıxışında Kvyatın maşınında arxa əyləclər tüstülənib, komanda ondan xahiş edib ki, aşağı sürətlə boksa qayıtsın, amma uzun düzlüyün sonunda əyləclər tam imtina ediblər və Daniil trasdan çıxıb.
Səhər olduğu kimi yenə də protokollara Lyuis Həmilton başçılıq edib – 1:37.219, f-1.az xatırladır ki, sabah səhər məşqlər davam edəcək…
Nəticələr belə olub:
Yer | Pilot | Komanda | Motor | Vaxt | Fərq | Dövrə |
01 | L.Həmilton | Mercedes AMG | Mercedes | 1:37.219 | – | 32 |
02 | K.Rəykkönen | Ferrari | Ferrari | 1:37.662 | + 0.443 | 35 |
03 | D.Rikkardo | Red Bull | Renault | 1:38.311 | + 1.092 | 24 |
04 | S.Fettel | Ferrari | Ferrari | 1:38.339 | + 1.120 | 30 |
05 | N.Rosberq | Mercedes AMG | Mercedes | 1:38.399 | + 1.180 | 35 |
06 | D.Kvyat | Red Bull | Renault | 1:38.737 | + 1.518 | 10 |
07 | V.Bottas | Williams | Mercedes | 1:38.850 | + 1.631 | 27 |
08 | F.Nasr | Sauber | Ferrari | 1:39.032 | + 1.813 | 26 |
09 | R.Qrojan | Lotus | Mercedes | 1:39.142 | + 1.923 | 32 |
10 | C.Batton | McLaren | Honda | 1:39.275 | + 2.056 | 29 |
11 | P.Maldonado | Lotus | Mercedes | 1:39.444 | + 2.225 | 30 |
12 | F.Alonso | McLaren | Honda | 1:39.743 | + 2.524 | 27 |
13 | M.Erikson | Sauber | Ferrari | 1:39.751 | + 2.532 | 33 |
14 | M.Ferstappen | Toro Rosso | Renault | 1:39.894 | + 2.675 | 32 |
15 | K.Sayns | Toro Rosso | Renault | 1:39.971 | + 2.752 | 28 |
16 | N.Hülkenberq | Force İndia | Mercedes | 1:40.151 | + 2.932 | 28 |
17 | F.Massa | Williams | Mercedes | 1:40.423 | + 3.204 | 7 |
18 | S.Peres | Force İndia | Mercedes | 1:40.868 | + 3.649 | 24 |
19 | R.Merhi | Manor | Ferrari | 1:42.973 | + 5.754 | 27 |
20 | U.Stivens | Manor | Ferrari | 1:44.564 | + 7.345 | 8 |