Hidrometeoroloqların bu gün təqdim etdikləri son hava proqnozuna görə Çin Qran Prisi soyuq havada keçəcək, yağışın yağma ehtimalı isə çox azdır.
Cümə hava ən soyuq olacaq, termometrlər cəmi +16 dərəcə göstərəcəklər, güclü şimal-şərq küləyi əsəcək. Yağışın yağma ehtimalı cəmi 10% təşkil edir.
F-1.az xəbər verir ki, şənbə günü yağış heç gözlənilmir, külək gücünü saxlasa da, istiqamətini dəyişəcək, ona görə də temperatur +17 dərəcəyə yüksələcək.
Bazar günü külək zəifləyəcək, havanın hərarəti +22 dərəcəyə çatacaq, amma yağışın yağma ehtimalı da artaraq 20% təşkil edəcək…