Quru. Günəşli. Havanın temperaturu +14°-15° C, trasın temperaturu +26°-30° C
Bu gün səhər Mercedes AMG maşınları yenə də hamıdan bir baş üstün olublar. Düzdür, əvvəlcə sessiyaya Niko Rosberq başçılıq edib – Lyuis Həmilton isə ilk sürətli dövrəsində səhvə yol verdiyi üçün boksa qayıdıb və sessiyanın ikinci yarısında trasa qayıdıb. Amma elə ilk dövrəsindəcə komanda yoldaşından çox sürətli olub.
Digər komandalar “gümüşü ox”lara çata bilməyiblər – yalnız Ferrari sürücüləri təxminən bir saniyə uduzublar. Red Bull və Toro Rosso sürücüləri də pis görünməyiblər, amma sessiyanın sonuna yaxın Felipe Nasr onların hamısını üstələyib.
Sessiyanın gedişində kifayət qədər kiçik səhvlər olub – Həmilton, Sayns, Ferstappen, Palmer, Massa trasdan çıxıblar, 1-ci və 14-cü döngələrdə isə hamı tras kənarına səhayət etməli olub. Buna baxmayaraq, ciddi insident yaşanmayıb. F-1.az xatırladır ki, nahardan sonra məşqlər davam edəcək…
Nəticələr belə olub:
Yer | Pilot | Komanda | Motor | Vaxt | Fərq | Dövrə |
01 | L.Həmilton | Mercedes AMG | Mercedes | 1:39.033 | – | 21 |
02 | N.Rosberq | Mercedes AMG | Mercedes | 1:39.574 | + 0.541 | 21 |
03 | S.Fettel | Ferrari | Ferrari | 1:40.157 | + 1.124 | 18 |
04 | K.Rəykkönen | Ferrari | Ferrari | 1:40.661 | + 1.628 | 27 |
05 | F.Nasr | Sauber | Ferrari | 1:41.012 | + 1.979 | 18 |
06 | D.Rikkardo | Red Bull | Renault | 1:41.029 | + 1.996 | 21 |
07 | D.Kvyat | Red Bull | Renault | 1:41.097 | + 2.064 | 24 |
08 | K.Sayns | Toro Rosso | Renault | 1:41.112 | + 2.079 | 23 |
09 | V.Bottas | Williams | Mercedes | 1:41.303 | + 2.270 | 23 |
10 | F.Massa | Williams | Mercedes | 1:41.304 | + 2.271 | 17 |
11 | P.Maldonado | Lotus | Mercedes | 1:41.335 | + 2.302 | 23 |
12 | M.Ferstappen | Toro Rosso | Renault | 1:41.575 | + 2.542 | 28 |
13 | C.Batton | McLaren | Honda | 1:41.845 | + 2.812 | 19 |
14 | M.Erikson | Sauber | Ferrari | 1:41.918 | + 2.885 | 24 |
15 | C.Palmer | Lotus | Mercedes | 1:41.967 | + 2.934 | 25 |
16 | S.Peres | Force İndia | Mercedes | 1:42.141 | + 3.108 | 22 |
17 | F.Alonso | McLaren | Honda | 1:42.161 | + 3.128 | 20 |
18 | N.Hülkenberq | Force İndia | Mercedes | 1:42.184 | + 3.151 | 19 |
19 | U.Stivens | Manor | Ferrari | 1:45.379 | + 6.346 | 18 |
20 | R.Merhi | Manor | Ferrari | 1:46.443 | + 7.410 | 20 |