F-1.az xəbər verir ki, yarışın taleyi koronavirusla bağlı ölkədəki vəziyyətdər asılıdır. Ölkənin səlahiyyətli şəxsləri məhdudiyyətlərə ciddi riayət edirlər. Formula1 yarışı ölkəyə komanda üzvlərinin və artıq maska taxmaq vərdişini itirmiş çox sayda xarici azarkeşlərin gəlməsi deməkdir. Formula1 rəhbərliyi də ölkədəki vəziyyəti diqqətlə izləyir.
Stefano Domenikali: “Çində koronavirusla bağlı vəziyyət hələ də kritikdir. 2023-cü ildə orada yarış keçirəcəyimizə əmin deyilik. Amma biz vəziyyəti izləməyə davam edirik və hər kəsi məlumatlandıracağıq”.