F-1.az xəbər verir ki, Çinin yerinə yarışı keçirmək istəyən başqa ölkə tapmaq asan məsələ deyil, lakin bu baş verməzsə, aprelin 2-dəki Avstraliya Qran Prisindən 30-dakı Azərbaycan Qran Prisinə qədər düz 1 aylıq fasilə yaranır. Bu da çempionata olan marağa mənfi təsir göstərə bilər.
Logistika baxımından başqa yerdə yarış keçirmək çətin olsa da, F1 rəhbərliyi bu qədər fasilənin olmasını istəmir. Bir neçə variant müzakirə olunur – Portuqaliya, Türkiyə, Fransa və Almaniyanın adı çəkilir. Lakin müəyyən maddi qarşılığının olması və maddi-texniki imkanların yaradılması şərtləri irəli sürülə bilər ki, yaranan vəziyyət həmin ölkələrin F1 ilə sövdələşmə aparmasına da imkan yaradacaq…