Çin bu il təqvimə qayıtmaq istəyir

Keçən il dekabrın əvvəlində Formula1 2023-cü il Çin Qran Prisinin "Covid-19 ilə bağlı davam edən çətinliklər" səbəbindən ləğv olunduğunu rəsmən elan etdi.

F-1.az xəbər verir ki, bəzi KİV-in yaydığı məlumata görə, Şanxayda builki yarış elə 2023-cü ildə baş tuta bilər.

Son həftələrdə Çin hakimiyyəti pandemiya ilə bağlı bir çox məhdudiyyətləri aradan qaldırıb və yanvarın 8-dən etibarən beynəlxalq uçuşlar üçün bütün karantin tələbləri aradan qaldırılmalıdır. Bununla əlaqədar, Çin Qran Prisinin promouteri Juss Sports şirkəti artıq Formula1-ə mərhələni 2023-cü il təqviminə qaytarmaq və yarışın ilkin planlaşdırılan 16 aprel tarixində keçirilməsi təklifi ilə müraciət edib.

2023-cü ildə Çin Qran Prisi baş tutmasa, bu, Şanxayda yarışsız ardıcıl dördüncü il olacaq. KİV-in məlumatına görə, yarış üç ildən artıq ardıcıl olaraq keçirilə bilməzsə, mərhələ ilə bağlı müqaviləyə xitam verilə bilər.

Bundan əlavə, Formula1 mərhələlərində belə uzun fasilə nəzərə alınmaqla, yerli marşalların yenidən hazırlıq keçməli olacağı ehtimalı yüksəkdir, Şanxay trasının isə 1-ci dərəcəli lisenziyanı (Grade 1) təsdiqləmək üçün FİA-nın ciddi təftişindən keçməlidir.

Formula1 isə Çin Qran Prisinin təqvimə mümkün qaytarılması ilə bağlı məlumatları şərh etməyib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*