F-1.az bildirir ki, ilk dəqiqələrdə hər iki Mercedes sürücüsü yerində fırlanıb, lakin maşınlara ciddi zədə dəyməyib. Lekler yağın təzyiqi aşağı düşdüyü üçün sessiyanı yarımçıq saxlamalı olub.
Sürücülər sərt təkərlərlə məşqə başlasalar da, yarım saat sonra Soft-lara keçiblər və bu tərkibin səmərəliliyini yoxlayıblar. Tərkiblər arasında fərq çox olub – Soft ilə Medium arasında 1.2 saniyə, Medium ilə Hard arasında isə 0.8 saniyə fərq var. Sessiyanın sonuna doğru sürücülər yarışda lazım ola biləcəyi üçün Hard təkərlərlə də bir neçə dövrə vurublar.
Protokollara Valtteri Bottas başçılıq edib – 1:33.330. Məşqlər sabah davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:33.330 | – | 37 |
2 | 5 | Sebastyan Fettel | Ferrari | 1:33.357 | + 0:00.027 | 33 |
3 | 33 | Maks Ferstappen | Red Bull | 1:33.551 | + 0:00.221 | 29 |
4 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:34.037 | + 0:00.707 | 32 |
5 | 27 | Niko Hülkenberq | Renault | 1:34.096 | + 0:00.766 | 31 |
6 | 55 | Karlos Sayns | McLaren | 1:34.141 | + 0:00.811 | 36 |
7 | 16 | Şarl Lekler | Ferrari | 1:34.158 | + 0:00.828 | 13 |
8 | 4 | Lando Norris | McLaren | 1:34.296 | + 0:00.966 | 38 |
9 | 3 | Daniel Rikkardo | Renault | 1:34.336 | + 0:01.006 | 32 |
10 | 10 | Pyer Qasli | Red Bull | 1:34.455 | + 0:01.125 | 32 |
11 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:34.551 | + 0:01.221 | 33 |
12 | 23 | Aleksander Elbon | Toro Rosso | 1:34.634 | + 0:01.304 | 37 |
13 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:34.694 | + 0:01.364 | 20 |
14 | 18 | Ləns Stroll | Racing Point | 1:34.779 | + 0:01.449 | 37 |
15 | 11 | Serxio Peres | Racing Point | 1:34.784 | + 0:01.454 | 35 |
16 | 20 | Kevin Maqnussen | Haas | 1:34.788 | + 0:01.458 | 34 |
17 | 8 | Roman Qrojan | Haas | 1:35.704 | + 0:02.374 | 32 |
18 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:35.914 | + 0:02.584 | 40 |
19 | 88 | Robert Kubitsa | Williams | 1:36.121 | + 0:02.791 | 38 |
20 | 63 | Corc Rassell | Williams | 1:36.229 | + 0:02.899 | 35 |