Çin-2019: Birinci sərbəst yürüşlər

Şanxayda səhər hava çox sərin olub, temperatur maksimum +15 dərəcəyə yüksəlib. Sessiyanın ilk 20 dəqiqəsində heç nə baş verməyib - sürücülər bir dövrə vurub boksa qayıdıblar. Mercedes sürücüləri startdan yalnız 25 dəqiqə sonra trasa çıxıblar.

F-1.az bildirir ki, ilk nəticə Kubitsadan gəlib. Lakin bundan sonra aktivlik müşahidə edilib. Hava sərin olduğundan, təkərləri isitmək üçün sürücülər ardıcıl dövrələr vurmalı olublar. İlk yerlər uğrunda mübarizə Ferrari və Mercedes pilotları arasında gedib, bir qədər sonra onlara Ferstappen də qoşulub.

Sessiya boyunca Medium təkərlərdən daha çox istifadə edilib. Orta sıralarda nəticələr xeyli sıx olub. Ciddi səhvlər baş verməsə də, texniki problemlərdən qaçmaq mümkün olmayıb – Covinatsı bir dövrə vurduqdan sonra boksa qayıdıb və sessiya onun üçün yekunlaşıb. Məşqlər bu gün davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 5 Sebastyan Fettel Ferrari 1:33.911 19
2 44 Lyuis Həmilton Mercedes AMG 1:34.118 + 0:00.207 21
3 16 Şarl Lekler Ferrari 1:34.167 + 0:00.256 21
4 33 Maks Ferstappen Red Bull 1:34.334 + 0:00.423 20
5 77 Valtteri Bottas Mercedes AMG 1:34.653 + 0:00.742 22
6 3 Daniel Rikkardo Renault 1:35.239 + 0:01.328 23
7 10 Pyer Qasli Red Bull 1:35.428 + 0:01.517 23
8 26 Daniil Kvyat Toro Rosso 1:35.447 + 0:01.536 24
9 18 Ləns Stroll Racing Point 1:35.466 + 0:01.555 25
10 8 Roman Qrojan Haas 1:35.507 + 0:01.596 24
11 20 Kevin Maqnussen Haas 1:35.517 + 0:01.606 25
12 27 Niko Hülkenberq Renault 1:35.591 + 0:01.680 22
13 4 Lando Norris McLaren 1:35.631 + 0:01.720 24
14 23 Aleksander Elbon Toro Rosso 1:35.695 + 0:01.784 25
15 7 Kimi Rəykkönen Alfa Romeo 1:35.729 + 0:01.818 23
16 55 Karlos Sayns McLaren 1:35.756 + 0:01.845 24
17 11 Serxio Peres Racing Point 1:35.820 + 0:01.909 23
18 88 Robert Kubitsa Williams 1:36.847 + 0:02.936 27
19 63 Corc Rassell Williams 1:37.619 + 0:03.708 28
20 99 Antonio Covinatsi Alfa Romeo 2
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*