F-1.az bildirir ki, bu dəfə sürücülər daha çox problemlərlə qarşılaşıblar. Həmilton bir neçə dəfə səhvlərə yol verib, Qrojan yerində fırlanıb və komanda onu boksa çağırıb – fransız sürücünün əyləc nasazlığı ilə qarşılaşdığı məlum olub. Vandornun maşınında telemetriya işləməyib və komanda ondan məlumat ala bilməyib.
Red Bull komandası bu dəfə də ciddi çətinliklərlə qarşılaşıb. Ferstappenin maşınında ötürmələr qutusunda problem aşkarlanıb, lakin bunu həll etmək mümkün olub. Bir neçə dövrə vurmuş Rikkardonun maşınının motoru alışıb və avstraliyalı sürücü üçün sessiya vaxtından əvvəl başa çatıb.
Protokollara həftəsonunun ən sürətli dövrəsini vurmuş Fettel başçılıq edib – 1:33.018.
Bizi Bakı vaxtı ilə saat 10:00-dan etibarən gərgin poul mübarizəsi gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:33.018 | – | 14 |
2 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:33.469 | + 0:00.451 | 21 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:33.761 | + 0:00.743 | 16 |
4 | 33 | Maks Ferstappen | Red Bull | 1:33.969 | + 0:00.951 | 14 |
5 | 33 | Lyuis Həmilton | Mercedes AMG | 1:34.057 | + 0:01.039 | 14 |
6 | 20 | Kevin Maqnussen | Haas | 1:34.329 | + 0:01.311 | 25 |
7 | 11 | Serxio Peres | Force İndia | 1:34.445 | + 0:01.427 | 14 |
8 | 31 | Esteban Okon | Force İndia | 1:34.456 | + 0:01.438 | 16 |
9 | 55 | Karlos Sayns | Renault | 1:34.582 | + 0:01.564 | 20 |
10 | 35 | Sergey Sirotkin | Williams | 1:34.741 | + 0:01.723 | 13 |
11 | 27 | Niko Hülkenberq | Renault | 1:34.841 | + 0:01.823 | 16 |
12 | 14 | Fernando Alonso | McLaren | 1:34.851 | + 0:01.833 | 13 |
13 | 2 | Stoffel Vandorn | McLaren | 1:34.977 | + 0:01.959 | 16 |
14 | 28 | Brendon Hartli | Toro Rosso | 1:34.991 | + 0:01.973 | 20 |
15 | 3 | Daniel Rikkardo | Red Bull | 1:35.061 | + 0:02.043 | 4 |
16 | 10 | Pyer Qasli | Toro Rosso | 1:35.079 | + 0:02.061 | 16 |
17 | 18 | Ləns Stroll | Williams | 1:35.375 | + 0:02.357 | 16 |
18 | 16 | Şarl Lekler | Sauber | 1:35.497 | + 0:02.479 | 14 |
19 | 9 | Markus Eriksson | Sauber | 1:35.679 | + 0:02.661 | 13 |
20 | 8 | Roman Qrojan | Haas | 1:35.756 | + 0:02.738 | 6 |