Çin-2018: Tras və statistika

Çin torpağında nəzərdə tutulan Formula1-in debütünə ilyarım qalmış, 2003-cü ilin aprelində mühəndis və arxitektorlar qrupu birinci dəfə gələcək trasın tikiləcəyi yerə baş çəkiblər. O zaman heç kim inanmırdı ki, belə böyük bir kompleksi 18 aya tikmək mümkündür, amma çinlilər hamını qrafikə dəqiq əməl etmələri ilə təəccübləndirdilər.

Trasın arxitektoru Hermann Tilke çin dilində ŞAN (Şanxayda yarışmaq) heroqlifindən istifadə etdi və qurduğu trasların bir-birinə oxşamamasını sübut etdi. Yeddi sol və doqquz sağ döngə, iki uzun düz yol – ötmək imkanı verən sürətli tras. Deyilənlərə görə, yarış kompleksinin ümumi dəyəri 325 milyon dollar olmuşdu.

Yeni avtodrom sürücülərin xoşuna gəldi. Hücum etmək imkanı verən geniş tras, düz uzun yolun sonunda əylənmədə ötmək imkanı, geniş təhlükəsizlik zonaları və əla xidmət vasitələri – tamaşaçılara başqa nə lazımdır?

Çin avtodromunun ən başlıca problemi 200 minlik tribunaların olmasına baxmayaraq yerli azarkeşlərin milli yarışa maraqlarının böyük olmamasıdır. Təşkilatçılar boş yerləri xüsusi örtüklərlə bağlayırlar və FOM isə kameraları elə yerləşdirir ki, ekranlarda boş yerlər çox görünməsinlər.

 

2018 FORMULA 1 HEİNEKEN CHINESE GRAND PRIX
Tarix Tras Dövrənin uzunluğu Dövrələrin sayı Yarış məsafəsi
13-15 aprel 2018 Shanghai İnternational Circuit 5451 m 56 305.066 km
Rəsmi sayt

 

TRASIN XARAKTERİSTİKASI

Trasın konfiqurasiyası çox mürəkkəbdir və iki çətin sağ döngə sürücülərin işini lap çətinləşdirir. Radiusu artan bu döngələrdən birinin çıxışı təqvimdə ən uzun düzlüklərdən birinə çıxarır – daxiliyanma mühərriyi maksimum dövriyyələrdə 20 saniyə çalışmalıdır – dövrənin təxminən beşdə biri.

İlk üç döngə ardıcıllığı çox maraqlı alınıb – mühəndislər bu hissəni minimum zaman ərzində qət etmək üçün sazlanmalar axtarışını son anədək davam edirlər. Tras elə də hamar deyil, asfalt örtüyünün xüsusiyyətləri hər il fərqlənir.

Tras asfaltayatma qüvvəsinin orta kəmiyyətini  və düzlüklərdə sürətlə yavaş döngələrdə asfaltla ilişmə arasındakı ənənəvi kompromisi tələb edir. Uzunmüddətli döngələrin çoxluğuna görə maşının sazlanması zamanı izafi dönüşlüyün yaranmaması vacibdir.

Trasda iki müstəqil DRS zonası var – hücum etmək istəyən sürücülər arxa qanadın hərəkətli elementini start düzlüyündə və 13-cü döngədən 14-cü döngəyədək olan düzlükdə aktivləşdirə biləcəklər. Maşınlar arasındakı interval 12-ci və 16-cı döngələrin girişində ölçüləcək.

Təkərin yeyilməsi elə də çox deyil, iki ilbizvari döngə ön sol təkəri yüklədiyi üçün ən çox həmin təkər yeyilir. Əyləclərə yüklənmə olduqca çoxdur. Ən uzun düzlüyün sonunda sürücülər 100-120 metr ərzində sürətlərini 330 km/saatdan 60 km/saatadək azaldırlar.

2017-ci ilin Çin Qran Prisində sessiyalarda ən yaxşı nəticələr
Sessiya Hava Sürücü Komanda Zaman
1-ci sərbəst yürüşlər Buludlu, nəm Maks Ferstappen Red Bull 1:50.491
2-ci sərbəst yürüşlər Dumanlı, nəm sürücülər trasa çıxmayıblar
3-cü sərbəst yürüşlər Buludlu, quru Sebastyan Fettel Ferrari 1:33.336
Sıralanma turu Buludlu, quru Lyuis Həmilton Mercedes AMG 1:31.678
Yarışda sürətli dövrə Buludlu, qurumaqda olan tras Lyuis Həmilton Mercedes AMG 1:35.378

 

 

TELEYAYIM

F-1.az xatırladır ki, Azərbaycanda bütün çempionatın yayım hüquq İdman Azərbaycan kanalında olduğu üçün Çin Qran Prisini İdman Azərbaycan və ya İdman Azərbaycan HD kanallarından CANLI izləyə bilərsiniz.

Çin Qran Prisinin sessiyaları, Bakı vaxtılə
Tarix Sessiya Zaman TV
13 aprel 1-ci sərbəst yürüşlər 06:00
13 aprel 2-ci sərbəst yürüşlər 10:00
14 aprel 3-cü sərbəst yürüşlər 07:00
14 aprel Sıralanma turu 10:00 09:55
15 aprel Yarış 10:10 10:00

 

Pirelli, Soft, SupeSoft, UltraSoft

 

HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ

Pirelli şirkəti Şanxaya Medium, Soft və UltraSoft tərkibləri gətirəcək. Gözlənildiyi kimi, sürücülər həftəsonunun ən yumşaq tərkibinə üstünlük veriblər və Medium təkərlərdən 1-2 dəst seçiblər. Lakin Force İndia-nın sürücüləri və Şarl Leklerin 3 dəst Medium təkər dəsti sifariş etməsi maraqlıdır…

Sürücü Komanda Medium Soft UltraSoft
Lyuis Həmilton Mercedes AMG 1 6 6
Valtteri Bottas Mercedes AMG 2 5 6
Sebastyen Fettel Ferrari 2 3 8
Kimi Rəykkönen Ferrari 2 3 8
Daniel Rikkardo Red Bull 2 4 7
Maks Ferstappen Red Bull 2 4 7
Serxio Peres Force İndia 3 4 6
Esteban Okon Force İndia 3 4 6
Ləns Stroll Williams 2 3 8
Sergey Sirotkin Williams 1 4 8
Karlos Sayns Renault 2 4 7
Niko Hülkenberq Renault 2 4 7
Pyer Qasli Toro Rosso 2 4 7
Brendon Hartli Toro Rosso 1 5 7
Roman Qrojan Haas 1 4 8
Kevin Maqnussen Haas 2 3 8
Fernando Alonso McLaren 1 4 8
Stoffel Vandorn McLaren 1 4 8
Markus Eriksson Sauber 2 4 7
Şarl Lekler Sauber 3 3 7

 

 

STATİSTİKA

Hazırkı pilotların Çin Qran Prisində nəticələri
Pilot QP Xallar Poul Podium Qələbə
Lyuis Həmilton 11 167 6 8 5
Sebastyan Fettel 11 124 3 5 1
Fernando Alonso 14 96 2 5 2
Kimi Rəykkönen 12 84 5 1
Daniel Rikkardo 7 44
Valtteri Bottas 6 26
Maks Ferstappen 3 19 1
Roman Qrojan 6 16
Niko Hülkenberq 8 9
Karlos Sayns 3 8
Kevin Maqnussen 3 4
Serxio Peres 7 4
Esteban Okon 1 1
Markus Eriksson 4 1
Stoffel Vandorn 1
Ləns Stroll 1
Sergey Sirotkin
Brendon Hartli
Pyer Qasli
Şarl Lekler

 

Çin Qran Prisinin qalibləri
Tarix Tras Poul Qələbə
09.04.2017 Şanxay L.Həmilton Mercedes AMG L.Həmilton Mercedes AMG
17.04.2016 Şanxay N.Rosberq Mercedes AMG N.Rosberq Mercedes AMG
12.04.2015 Şanxay L.Həmilton Mercedes AMG L.Həmilton Mercedes AMG
20.04.2014 Şanxay L.Həmilton Mercedes AMG L.Həmilton Mercedes AMG
14.04.2013 Şanxay L.Həmilton Mercedes AMG F.Alonso Ferrari
15.04.2012 Şanxay N.Rosberq Mercedes AMG N.Rosberq Mercedes AMG
17.04.2011 Şanxay S.Fettel Red Bull L.Həmilton McLaren
18.04.2010 Şanxay S.Fettel Red Bull C.Batton McLaren
19.04.2009 Şanxay S.Fettel Red Bull S.Fettel Red Bull
19.10.2008 Şanxay L.Həmilton McLaren L.Həmilton McLaren
07.10.2007 Şanxay L.Həmilton McLaren K.Rəykkönen Ferrari
01.10.2006 Şanxay F.Alonso Renault M.Şumaxer Ferrari
16.10.2005 Şanxay F.Alonso Renault F.Alonso Renault
29.09.2004 Şanxay R.Barrikello Ferrari R.Barrikello Ferrari
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*