Çin-2018: Sürücülərin cərimə balları

FİA 2014-cü ildən etibarən cərimə ballarının tətbiqinə başlayıb – hər bir sürücüyə bəzi hallarda yarışdakı mövqeyinə təsir edəcək cəzalardan əlavə cərimə balı da verilir.

Hər hansı bir sürücü 12 ay ərzində 12 cərimə balı alarsa, növbəti yarışı buraxmalı olur. Üzərindən 12 aydan çox vaxt keçmiş ballar isə avtomatik olaraq silinir.

F-1.az bildirir ki, Çində stüardlar “ürəyiaçıqlıq” ediblər – Erikssona 3, Ferstappen və Qasliyə isə 2 cərimə balı verilib.

Növbəti yarış iki həftə sonra baş tutacaq və bu ərəfədə keçən il Bəhreyndə verilən cərimə balları silinəcək – Saynsın balları iki dəfə azalacaq, Həmiltonun adı isə bu siyahıdan çıxacaq. Biz artıq bu dəyişiklikləri nəzərə alaraq statistikanı nəzərinizə çatdırırıq.

Yer N Sürücü Bal 1-ci cərimə 2-ci cərimə 3-cü cərimə 4-cü cərimə
1 26 Daniil Kvyat 7 2 (Kanada, 2017) 2 (Avstriya, 2017) 2 (Britaniya, 2017) 1 (Macarıstan, 2017)
2 20 Kevin Maqnussen 6 1 (Rusiya, 2017) 2 (Kanada, 2017) 2 (Macarıstan, 2017) 1 (ABŞ, 2017)
3 2 Stoffel Vandorn 5 1 (Rusiya, 2017) 2 (İspaniya, 2017) 2 (Avstriya, 2017)
4 9 Markus Eriksson 5 2 (ABŞ, 2017) 3 (Çin, 2018)
5 33 Maks Ferstappen 5 2 (Macarıstan, 2017) 1 (ABŞ, 2017) 2 (Çin, 2018)
6 28 Brendon Hartli 4 4 (Bəhreyn, 2018)
7 8 Roman Qrojan 3 1 (Meksika, 2017) 2 (Braziliya, 2017)
8 19 Felipe Massa 3 3 (Belçika, 2017)
9 11 Serxio Peres 3 2 (Monako, 2017) 1 (Belçika, 2017)
10 5 Sebastyan Fettel 3 3 (Azərbaycan, 2017)
11 7 Kimi Rəykkönen 3 3 (Belçika, 2017)
12 14 Fernando Alonso 2 2 (Yaponiya, 2017)
13 55 Karlos Sayns 2 2 (Kanada, 2017)
14 22 Censon Batton 3 2 (Monako, 2017)
15 94 Paskal Verlyayn 2 2 (İspanoya, 2017)
16 10 Pyer Qasli 2 2 (Çin, 2018)
17 3 Daniel Rikkardo 2 2 (Avstraliya, 2018)
18 18 Ləns Stroll 1 1 (ABŞ, 2017)
19 27 Niko Hülkenberq 1 1 (Əbu Dabi, 2017)
20 30 Colion Palmer 1 1 (İtaliya, 2017)
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*