F-1.az bildirir ki, havanın sərin olması da bəzi problemlərin yaranmasının qarşısını almayıb. Bu gün səhər Qrojan əyləc nasazlığından əziyyət çəkib, Rikkardonun maşınının da motoru tüstülənib və avstraliyalı üçün sessiya erkən başa çatıb.
Pirelli Çinə Medium və Soft təkərlərlə yanaşı UltraSoft təkərləri gətirərək maraqlı seçim edib. Tərkiblər arasında fərqin böyüklüyü artıq ilk məşqlərdən məlum olub, bu da komandaların strateqlərinin işini mürəkkəbləşdirə bilər.
Birinci sessiyada Maqnussen Soft, digər sürücülər isə UltraSoft təkərlərlə trasa çıxıblar. Lekler sonuncu döngənin çıxışında yerində fırlanıb, lakin maşının baryerlərə çırpılmasının qarşısını ala bilib. Bu insidentə görə sarı bayraqlar dalğalanıb. Red Bull mexanikləri Rikkardonun maşınını yalnız sessiyanın son dəqiqələrinə hazır edə biliblər. Avstraliyalı sürücü yeganə fürsətindən istifadə edərək növbəti sessiyaya yüksələ bilib. Protokollara Fettel başçılıq edib – 1:32.171. Sirotkin, Qasli, Stroll, Lekler və Eriksson mübarizəni dayandıran sürücülər olublar.
İkinci sessiyada Ferrari və Mercedes sürücüləri sabahkı yarışda fərqli strategiya seçmək üçün Soft təkərlərlə boksları tərk ediblər, qalan sürücülər isə UltraSoft təkərləri seçiblər. İlk cəhdində Rəykkönen hamını üstələsə də, Həmilton ikinci cəhddə protokollara başçılıq edib – 1.31.914. Maqnussen, Okon, Alonso, Vandorn və Hartli üçün sıralanma turu başa çatıb.
Son sessiyada Qrojan Soft, digər sürücülər isə UltraSoft təkərlərlə poul mübarizəsinə başlayıblar. İlk cəhdlərdən sonra ən uğurlu Rəykkönen olub – 1.31.200. İkinci cəhddə finlandiyalı sürücü nəticəsini cüzi yaxşılaşdırıb. Fettel isə trasın rekordunu da yeniləyərək poulun sahibi olub – 1.31.095! Mercedes sürücüləri əsas rəqiblərinə yarım saniyə məğlub olublar.
Sebastyan Fettel karyerasında 52-ci, bu il isə ikinci poulunu əldə edib. Ferrari sürücüləri ardıcıl ikinci yarışa ilk cərgədən başlayacaqlar. İkinci cərgə Mercedes-lərin, üçüncü cərgə isə Red Bull sürücülərinin olacaq. Top komandaların sürücülərinə ən yaxın nəticəni göstərən isə Niko Hülkenberq olub.
Çin Qran Prisi sabah Bakı vaxtı ilə saat 10:10-da başlayacaq.
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1 | 1:32.171 | 3 | 4 | 1:32.385 | 5 | 1:31.095 | 7 |
2 | 7 | Kimi Rəykkönen | Ferrari | 2 | 1:32.474 | 5 | 3 | 1:32.286 | 5 | 1:31.182 | 7 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | 3 | 1:32.921 | 5 | 2 | 1:32.063 | 8 | 1:31.625 | 7 |
4 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 6 | 1:33.283 | 4 | 1 | 1:31.914 | 8 | 1:31.675 | 5 |
5 | 33 | Maks Ferstappen | Red Bull | 4 | 1:32.932 | 3 | 8 | 1:32.809 | 3 | 1:31.796 | 6 |
6 | 3 | Daniel Rikkardo | Red Bull | 14 | 1:33.877 | 3 | 7 | 1:32.688 | 3 | 1:31.948 | 6 |
7 | 27 | Niko Hülkenberq | Renault | 11 | 1:33.545 | 3 | 5 | 1:32.494 | 6 | 1:32.532 | 6 |
8 | 11 | Serxio Peres | Force İndia | 10 | 1:33.464 | 3 | 9 | 1:32.931 | 6 | 1:32.758 | 4 |
9 | 55 | Karlos Sayns | Renault | 7 | 1:33.315 | 6 | 10 | 1:32.970 | 6 | 1:32.819 | 6 |
10 | 8 | Roman Qrojan | Haas | 5 | 1:33.238 | 8 | 6 | 1:32.524 | 5 | 1:32.855 | 6 |
11 | 20 | Kevin Maqnussen | Haas | 8 | 1:33.359 | 7 | 11 | 1:32.986 | 6 | ||
12 | 31 | Esteban Okon | Force İndia | 12 | 1:33.585 | 3 | 12 | 1:33.057 | 6 | ||
13 | 14 | Fernando Alonso | McLaren | 9 | 1:33.428 | 6 | 13 | 1:33.232 | 5 | ||
14 | 2 | Stoffel Vandorn | McLaren | 13 | 1:33.824 | 6 | 14 | 1:33.505 | 5 | ||
15 | 28 | Brendon Hartli | Toro Rosso | 15 | 1:34.013 | 9 | 15 | 1:33.795 | 6 | ||
16 | 35 | Sergey Sirotkin | Williams | 16 | 1:34.062 | 7 | |||||
17 | 10 | Pyer Qasli | Toro Rosso | 17 | 1:34.101 | 9 | |||||
18 | 18 | Ləns Stroll | Williams | 18 | 1:34.285 | 7 | |||||
19 | 16 | Şarl Lekler | Sauber | 19 | 1:34.454 | 9 | |||||
20 | 9 | Markus Eriksson | Sauber | 20 | 1:34.914 | 9 |