Çin-2018: Həftəsonuna ilkin hava proqnozu

Mövsümün üçüncü yarışı üçün meteoroloqlar sərin hava vəd edir, Şanxayda yağış yağacağı gözlənilir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü havanın temperaturu +20 dərəcə, yağıntı ehtimalı isə 80% olacaq. Şənbə günü sürücülərin nəm trasda işləmə ehtimalı 20%-dir, lakin küləyin istiqaməti dəyişəcək, hava da nisbətən sərin olacaq. Bazar günü isə hava quru olacaq, termometrlər +18 dərəcəni göstərəcəklər.

Xatırladaq ki, keçən il burada ikinci sərbəst yürüşlər pis hava şəraitinə görə baş tutmamışdı, yarış isə quru havada keçirilmişdi.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*