F-1.az xəbər verir ki, yarışa altıncı yerdən başlayan, komandanın düzgün və möhtəşəm strategiyasından məharətlə istifadə edərək qələbə qazanan Red Bull-un sürücüsü Daniel Rikkardo “Günün Sürücüsü” seçilib. Avstraliyalı sürücü cari mövsümdə ilk dəfə bu ada layiq görülür. O, 2016-cı ildə Almaniya, keçən il isə Britaniya və İtaliya yarışlarında tamaşaçıların rəğbətini qazanmışdı.
Qeyd edək ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarışın son 10 dövrəsi ərzində Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.
Yarış | Günün Sürücüsü |
Avstraliya Qran Prisi | Fernando Alonso |
Bəhreyn Qran Prisi | Pyer Qasli |
Çin Qran Prisi | Daniel Rikkardo |