Çin-2018: DHL Fastest Pit Stop Award

Artıq dördüncü ildir ki, Formula1-də mövsüm ərzində daha çox sürətli pit-stoplara görə fərqlənən komanda müəyyən olunur. Yekunda isə həmin komandaya Formula1-in rəsmi tərəfdaşlarından biri olan DHL-in təsis etdiyi DHL Fastest Pit Stop Award mükafatı verilir.

F-1.az bildirir ki, pit-stopların nəticəyə birbaşa təsir etdiyi Çin Qran Prisində Mercedes mexanikləri Bottas üçün etdikləri mükəmməl pit-stop əməliyyatı ilə birinci olublar. Finlandiyalı sürücü məhz bu pit-stopdan sonra trasa Fetteldən öndə qayıtmışdı. Bu, həm də mövsümün ilk üç yarışında əldə edilən ən yaxşı nəticə olub.

Maraqlıdır ki, Red Bull komandası hər iki pit-stopa sürücülərini eyni anda çağırsa da, mexaniklər səhvə yol verməyiblər, hətta Ferstappendən arxada gələn Rikkardonun maşınına cəmi 2.33 saniyə ərzində xidmət göstəriblər. Force İndia mexanikləri bu il yaxşı mənada fərqlənirlər – Peres üçün etdikləri pit-stopla bu dəfə də ilk üçlüyə düşə biliblər.

McLaren komandasının pit-stoplarındakı vəziyyət isə trasda olandan fərqlənmir…

Komanda Avstraliya Bəhreyn Çin Azərbaycan İsaniya Monako Kanada France Avstriya Britaniya Germany Macarıstan Belçika İtaliya Sinqapur Rusiya Yaponiya ABŞ Meksika Braziliya Əbu Dabi Cəmi
1. Red Bull 40 0 28 68
2. Ferrari 22 29 6 57
3. Mercedes 1 15 33 49
4. Force İndia 2 18 17 37
5. Williams 12 18 1 31
6. Toro Rosso 8 0 12 20
7. Sauber 6 6 4 16
8. Renault 0 12 0 12
9. Haas 10 1 0 11
10. McLaren 0 2 0 2

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*