Çin-2017: Üçüncü sərbəst yürüşlər

Bu gün keçirilən sərbəst yürüşlər rəsmən üçüncü hesab olunsa da, əslində ikincidir - cümə günü ikinci səbəst yürüşlər hava şəraitinə görə baş tutmayıb. Bu, həftəsonu quru havada keçirilən ilk sessiya olub. Komandalar cümə gününü kompensasiya etmək üçün elə ilk dəqiqələrdən işləməyə başlayıblar.

F-1.az bildirir ki, ilk dəqiqələrdə Daniel Rikkardo daha sürətli olub, bir çox komandalar isə yarış sazlanmaları üzərində işləyiblər. Sessiyanın əvvəlində trasın vəziyyəti ideal olmayıb və sürücülər səhvlərə yol veriblər. Lakin asfaltın üzərinə getdikcə yığılan rezin qatı ilişmənin vəziyyətini yaxşılaşdırıb.

Sessiyanın ikinci hissəsində Ferrari sürücüləri diqqətləri cəlb ediblər. Əvvəlcə Kimi Rəykkönen, sonra isə Sebastyan Fettel avstraliyalının nəticəsini xeyli üstələyiblər. Fettelin dövrəsi keçənilki poul nəticəsindən iki saniyə sürətli olub. Mercedes AMG sürücüləri isə qırmızıların tempinə çata bilməyiblər. Onların Fettelə cavab vermək cəhdləri boşa çıxıb. Sessiyanın sonunnda Rəykkönen komanda yoldaşı kimi sürətli dövrə vurub, lakin ona cüzi fərqlə uduzub.

Sessiyanın nəticələri sıralanma turunda gərgin mübarizə olacağından xəbər verir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 5 Sebastyan Fettel Ferrari 1:33.336 20
2 7 Kimi Rəykkönen Ferrari 1:33.389 + 0:00.053 19
3 77 Valtteri Bottas Mercedes AMG 1:33.707 + 0:00.371 26
4 44 Lyuis Həmilton Mercedes AMG 1:33.879 + 0:00.543 25
5 19 Felipe Massa Williams 1:34.773 + 0:01.437 23
6 33 Maks Ferstappen Red Bull 1:34.946 + 0:01.610 20
7 3 Daniel Rikkardo Red Bull 1:35.092 + 0:01.756 23
8 18 Ləns Stroll Williams 1:35.182 + 0:01.846 24
9 30 Colion Palmer Renault 1:35.192 + 0:01.856 21
10 55 Karlos Sayns Toro Rosso 1:35.223 + 0:01.887 24
11 27 Niko Hülkenberq Renault 1:35.449 + 0:02.113 22
12 20 Kevin Maqnussen Haas 1:35.521 + 0:02.185 22
13 11 Serxio Peres Force İndia 1:35.626 + 0:02.290 20
14 8 Roman Qrojan Haas 1:35.680 + 0:02.344 22
15 26 Daniil Kvyat Toro Rosso 1:35.804 + 0:02.468 23
16 31 Esteban Okon Force İndia 1:35.811 + 0:02.475 24
17 14 Fernando Alonso McLaren 1:35.912 + 0:02.576 17
18 9 Markus Eriksson Sauber 1:36.063 + 0:02.727 25
19 2 Stoffel Vandorn McLaren 1:36.221 + 0:02.885 21
20 36 Antonio Covinatsi Sauber 1:36.705 + 0:03.369 24
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*