F-1.az trasın rəsmi saytına istiandən bildirir ki, keçən illə müqayisədə trasda cüzi dəyişikliklər edilib. Start xətti ətrafında təşkilatçılar yeni asfalt döşəyiblər – bununla oradakı kələ-kötür sahə yoxa çıxıb. Birinci və səkkizinci döngələrdə təkərlərdən əlavə bareylər quraşdırılıb. İkinci döngədə təhlükəsizlik zonasından əvvəl ot örtüyü salınıb. İkinci, üçüncü və on ikinci döngələrdə cari borebriklərin arxasında əlavə porebriklər döşənib. Yeni porebriklərin uzunluğu üç metr, eni bir metrdir, hündürlüyü isə əvvəlkilərdən 50 millimetr böyükdür.
Çin trasında bu il ötmə (DRS) zonaları elə əvvəlki sahələrdə yerləşəcək – hücum etmək istəyən sürücülər arxa qanadın hərəkətli elementini start düzlüyündə və 13-cü döngədən 14-cü döngəyədək olan düzlükdə aktivləşdirə biləcəklər. Maşınlar arasındakı interval 12-ci və 16-cı döngələrin girişində ölçüləcək.