Trasın arxitektoru Hermann Tilke çin dilində ŞAN (Şanxayda yarışmaq) heroqlifindən istifadə etdi və qurduğu trasların bir-birinə oxşamamasını sübut etdi. Yeddi sol və doqquz sağ döngə, iki uzun düz yol – ötmək imkanı verən sürətli tras. Deyilənlərə görə, yarış kompleksinin ümumi dəyəri 325 milyon dollar olmuşdu.
Yeni avtodrom sürücülərin xoşuna gəldi. Hücum etmək imkanı verən geniş tras, düz uzun yolun sonunda əylənmədə ötmək imkanı, geniş təhlükəsizlik zonaları və əla xidmət vasitələri – tamaşaçılara başqa nə lazımdır?
Çin avtodromunun ən başlıca problemi 200 minlik tribunaların olmasına baxmayaraq yerli azarkeşlərin milli yarışa maraqlarının böyük olmamasıdır. Təşkilatçılar boş yerləri xüsusi örtüklərlə bağlayırlar və FOM isə kameraları elə yerləşdirir ki, ekranlarda boş yerlər çox görünməsinlər.
2017 FORMULA 1 HEİNEKEN CHINESE GRAND PRIX |
||||
Tarix | Tras | Dövrənin uzunluğu | Dövrələrin sayı | Yarış məsafəsi |
7-9 aprel 2017 | Shanghai İnternational Circuit | 5451 m | 56 | 305.066 km |
Rəsmi sayt |
TRASIN XARAKTERİSTİKASI
Trasın konfiqurasiyası çox mürəkkəbdir və iki çətin sağ döngə sürücülərin işini lap çətinləşdirir. Radiusu artan bu döngələrdən birinin çıxışı təqvimdə ən uzun düzlüklərdən birinə çıxarır – daxili yanma mühərriyi maksimum dövriyyələrdə 20 saniyə çalışmalıdır – dövrənin təxminən beşdə biri.
İlk üç döngə ardıcıllığı çox maraqlı alınıb – mühəndislər bu hissəni minimum zaman ərzində qət etmək üçün sazlanmalar axtarışını son anədək davam edirlər. Tras elə də hamar deyil, asfalt örtüyünün xüsusiyyətləri hər il fərqlənir.
Tras asfaltayatma qüvvəsinin orta kəmiyyətini və düzlüklərdə sürətlə yavaş döngələrdə asfaltla ilişmə arasındakı ənənəvi kompromisi tələb edir. Uzunmüddətli döngələrin çoxluğuna görə maşının sazlanması zamanı izafi dönüşlüyün yaranmaması vacibdir.
Trasda iki müstəqil DRS zonası var – hücum etmək istəyən sürücülər arxa qanadın hərəkətli elementini start düzlüyündə və 13-cü döngədən 14-cü döngəyədək olan düzlükdə aktivləşdirə biləcəklər. Maşınlar arasındakı interval 12-ci və 16-cı döngələrin girişində ölçüləcək.
Təkərin yeyilməsi elə də çox deyil, iki ilbizvari döngə ön sol təkəri yüklədiyi üçün ən çox həmin təkər yeyilir. Əyləclərə yüklənmə olduqca çoxdur. Ən uzun düzlüyün sonunda sürücülər 100-120 metr ərzində sürətlərini 330 km/saatdan 60 km/saatadək azaldırlar.
2016-cı ilin Çin Qran Prisində sessiyalarda ən yaxşı nəticələr | ||||
Sessiya | Hava | Sürücü | Komanda | Zaman |
1-ci sərbəst yürüşlər | Günəşli, quru | Niko Rosberq | Mercedes AMG | 1:38.037 |
2-ci sərbəst yürüşlər | Buludlu, quru | Kimi Rəykkönen | Ferrari | 1:36.896 |
3-cü sərbəst yürüşlər | Buludlu, yağışlı | Sebastyan Fettel | Ferrari | 1:57.351 |
Sıralanma turu | Buludlu, qurumaqda olan tras | Niko Rosberq | Mercedes AMG | 1:35.402 |
Yarışda sürətli dövrə | Günəşli, quru | Niko Hülkenberq | Force İndia | 1:39.824 |
TELEYAYIM
F-1.az xatırladır ki, Azərbaycanda bütün çempionatın yayım hüquq İdman Azərbaycan kanalında olduğu üçün Çin Qran Prisini İdman Azərbaycan və ya İdman Azərbaycan HD kanallarından izləyə bilərsiniz.
Çin Qran Prisinin sessiyaları, Bakı vaxtılə | |||
Tarix | Sessiya | Zaman | TV |
7 aprel | 1-ci sərbəst yürüşlər | 06:00 | – |
7 aprel | 2-ci sərbəst yürüşlər | 10:00 | – |
8 aprel | 3-cü sərbəst yürüşlər | 08:00 | – |
8 aprel | Sıralanma turu | 11:00 | 10:30 |
9 aprel | Yarış | 10:00 | 09:30 |
HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ
Pirelli şirkəti Şanxaya orta üçlüyü – Medium, Soft və SuperSoft tərkiblərini gətirəcək, son iki tərkib məcburi elan olunub, yəni onlardan hər hansı birindən mütləq yarışın gedişində istifadə olunmalıdır.
Reqlamentdəki ciddi dəyişikliklərdən sonra komandalar ilk 5 yarış üçün güzəşt əldə ediblər – Pirelli hər bir sürücüyə 2 dəst Medium, 4 dəst Soft və 7 dəst SuperSoft təkərlər verəcək. Təkərlərin builki bərkliyini nəzərə almaqla demək olar ki, yarışda hamı bir pit-stop edəcək.
STATİSTİKA
Hazırkı pilotların Çin Qran Prisində nəticələri | |||||
Pilot | QP | Xallar | Poul | Podium | Qələbə |
Lyuis Həmilton | 10 | 142 | 5 | 7 | 4 |
Sebastyan Fettel | 10 | 106 | 3 | 4 | 1 |
Fernando Alonso | 13 | 96 | 2 | 5 | 2 |
Kimi Rəykkönen | 11 | 74 | – | 5 | 1 |
Felipe Massa | 13 | 46 | – | 2 | – |
Daniel Rikkardo | 6 | 32 | – | – | – |
Daniil Kvyat | 3 | 16 | – | 1 | – |
Roman Qrojan | 5 | 16 | – | – | – |
Valtteri Bottas | 5 | 15 | – | – | – |
Niko Hülkenberq | 7 | 9 | – | – | – |
Maks Ferstappen | 2 | 4 | – | – | – |
Karlos Sayns | 2 | 2 | – | – | – |
Serxio Peres | 6 | 2 | – | – | – |
Markus Erikson | 3 | 1 | – | – | – |
Kevin Maqnussen | 2 | – | – | – | – |
Colion Palmer | 1 | – | – | – | – |
Stoffel Vandorn | – | – | – | – | – |
Esteban Okon | – | – | – | – | – |
Ləns Stroll | – | – | – | – | – |
Antonio Covinatsi | – | – | – | – | – |
Çin Qran Prisinin qalibləri | |||||
Tarix | Tras | Poul | Qələbə | ||
17.04.2016 | Şanxay | N.Rosberq | Mercedes AMG | N.Rosberq | Mercedes AMG |
12.04.2015 | Şanxay | L.Həmilton | Mercedes AMG | L.Həmilton | Mercedes AMG |
20.04.2014 | Şanxay | L.Həmilton | Mercedes AMG | L.Həmilton | Mercedes AMG |
14.04.2013 | Şanxay | L.Həmilton | Mercedes AMG | F.Alonso | Ferrari |
15.04.2012 | Şanxay | N.Rosberq | Mercedes AMG | N.Rosberq | Mercedes AMG |
17.04.2011 | Şanxay | S.Fettel | Red Bull | L.Həmilton | McLaren |
18.04.2010 | Şanxay | S.Fettel | Red Bull | C.Batton | McLaren |
19.04.2009 | Şanxay | S.Fettel | Red Bull | S.Fettel | Red Bull |
19.10.2008 | Şanxay | L.Həmilton | McLaren | L.Həmilton | McLaren |
07.10.2007 | Şanxay | L.Həmilton | McLaren | K.Rəykkönen | Ferrari |
01.10.2006 | Şanxay | F.Alonso | Renault | M.Şumaxer | Ferrari |
16.10.2005 | Şanxay | F.Alonso | Renault | F.Alonso | Renault |
29.09.2004 | Şanxay | R.Barrikello | Ferrari | R.Barrikello | Ferrari |