F-1.az xatırladır ki, Çində cəmi bir dəstək yarışı olduğu üçün asfalt örtüyü həftəsonu ərzində rezin qatı ilə sürətlə örtülmür…
Mario İzola: “Bizim seçdiyimiz tərkiblər arasında Medium da var, amma biz bilirik ki, komandalar əsasən SuperSoft və Soft tərkiblərinə üstünlük verəcəklər, həm də onların cəmi iki dəst Medium təkərləri olacaq, düzdür, çox şey havadan asılı olacaq.
Keçən il biz Şanxayda təkərlərin dənlə örtülməsini görmüşdük, bu, trasın xüsusiyyətləri ilə bağlıdır – tras uzun düzlüklərdən və yavaş döngələrdən ibarətdir. Barselona testlərində biz gördük ki, yeni təkərlərin dənlə örtülmə ehtimalı azdır, bu ehtimal Çində təsdiq olunsa, sevinərik.
Əgər yağış yağsa, hava soyuq olacaq, onda biz komandalara trasla daha çox ilişməni təmin edən protektorlu təkərlər verəcəyik”.