SIRALANMA TURU
Şanxayda qazandığı poul Lyuis Həmiltonun karyerasında 63-cü olub. Ona görə də artıq Soçidə britaniyalı sürücü əfsanəvi Ayrton Senna ilə bərabərləşə bilər. Braziliyalının aktivində 65 poul var. Lider isə 68 poulla Mixael Şumaxerdir. Lyuis belə davam edərsə, yay fasiləsindən əvvəl bu statistikada birinci ola bilər.
Yer | Sürücü | Poul sayı |
1 | Mixael Şumaxer | 68 |
2 | Ayrton Senna | 65 |
3 | Lyuis Həmilton | 63 |
4 | Sebastyan Fettel | 46 |
5 | Cim Klark, Alen Prost | 33 |
Bu poul Lyuis Həmiltonun həm ardıcıl, həm də Şanxayda 6-cı pouludur.
Çin Qran Prisi Mercedes AMG üçün 150-ci olub və komandanın sürücüləri bu yarışların 50%-də, yəni 75-də yarışa pouldan başlayıblar.
Lyuis Həmilton və Sebastyan Fettel 12-ci dəfə ilk cərgəni bölüşüblər. Bu yarışlarda hər iki sürücü 6 dəfə qalib gəlib.
Maks Ferstappen karyerasında üçüncü dəfə sıralanma turunun ilk sessiyasında mübarizəni dayandırıb.
YARIŞ
Lyuis Həmilton Şanxayda karyerasında 54-cü qələbəsini qazanıb və bu göstəriciyə görə yalnız 91 qələbəsi olan Mixael Şumaxerdən geri qalır.
Şanxayda poulu qazanan, ən sürətli dövrəni vuran, yarışda startdan finişə qədər lider gedən və sonda qalib gələn Lyuis Həmilton karyerasında 3-cü Böyük Dəbilqəsini qazanıb. Bu göstəriciyə görə lider Cim Klarkdır.
Yer | Sürücü | Böyük Dəbilqə sayı |
1 | Cim Klark | 8 |
2 | Alberto Askari, Mixael Şumaxer | 5 |
3 | Ayrton Senna, Ceki Stüart, Naycel Mənsell, Sebastyan Fettel | 4 |
4 | Nelson Pike, Lyuis Həmilton | 3 |
5 | Cek Brəbhəm, Niko Rosberq, Mika Həkkinen, Xuan Manuel Fanxio | 2 |
Lyuis Həmilton karyerasında 11-ci dəfə het-trik (poul, sürətli dövrə və yarışda qələbə) edib və bu statistikada ikinci yerdə olan Cim Klarka çatıb. Lider isə Mixael Şumaxerdir – 22 het-trik…
Lyuis Həmilton Şanxayda özünəməxsus rekordunu yeniləyib – karyerasına başladıqdan sonra ilk 1o mövsümün hamısında ən azı bir qələbə qazanan Lyuis bu il də ənənəsini davam etdirib və bu sayı 11-ə yüksəldib.
Lyuis Həmilton karyerasında 106-cı dəfə podiuma yüksəlib və Alen Prosta çatıb. Burada da lider, əlbəttə ki, Mixael Şumaxerdir – 155 podium…
Maks Ferstappenin podiumu holland sürücülər üçün 10-cu olub.
Lyuis Həmilton, Sebastyan Fettel və Maks Ferstappen ilk dəfə birlikdə podiuma yüksəliblər.
Yarışda səkkizinci olan Kevin Maqnussen Haas komandasının tərkibində ilk xallarını qazanıb və komanda da tarixində 30 xal səddini aşmış olub.
Niko Hülkenberq 118-ci podiumsuz yarışını keçirib və bu saya görə Pyerluici Martini ilə bərabərləşib. Reytinqə isə 128 yarışla Adrian Sutil liderlik edir.
Fernando Alonso yarışın 17-ci dövrəsində qət edilən məsafəyə görə 75000 km-lik həddi keçib. İspan sürücü karyerası boyu 75091 km yarışıb…