Çin-2017: İkinci sərbəst yürüşlər

İkinci sessiyadan əvvəl yağış dayansa da, trasın olduğu ərazini qatı duman bürüyüb. Belə vəziyyətdə tibbi helikopter lazım olacağı halda növbətçi xəstəxanaya çata bilməyəcəyi üçün sessiyanın başlanması təxirə salınıb.

F-1.az xəbər verir ki, sessiyaya start veriləcəyi təqdirdə, onun əvvəlcədən planlaşdırılmış vaxtda – yerli vaxtla 15:30-da bitəcəyi elan olunub.

Çarli Uaytinq: “Vəziyyət belədir ki, trasdan 38 km məsafədə yerləşən xəstəxanaya helikopter eniş edə bilməz. Trasın vəziyyəti pis deyil və burada helikopterlər da uçur. Lakin Şanxayın mərkəzində alçaqdan uçuş hazırda mümkün deyil. Biz hər 10 dəqiqədən bir məlumat alırıq. Əgər belə davam etsə, sessiya baş tutmayacaq”.

Belə də olub və FİA məşqlərin ləğv olunduğunu elan edib. Sürücülər tamaşaçıları salamlayıblar, lakin onlar bu dəfə trasda bolidləri görməyiblər.

Sonuncu dəfə belə hal 2015-ci ildə ABŞ-da baş vermişdi, lakin o vaxt sürücülər ilk sessiyada kifayət qədər işləyə bilmişdilər. Sabah səhər saatlarında sərbəst yürüşlərin üçüncü sessiyası baş tutacaq. Yağışın yağma ehtimalı isə cəmi 10%-dir.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*