F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü nahara qədər havanın temperaturunun +23 dərəcə olacağı gözlənilir, yağıntı ehtimalı isə 80%-dir. Şənbə günü küləyin istiqaməti dəyişəcək və temperatur +21 dərəcəyə qədər qalxacaq. Yağışın yağma ehtimalı isə nisbətən az olacaq – 40%. Yarışın baş tutacağı bazar günü isə hava daha sərin olacaq. Havanın maksimum +15 dərəcəyə qədər qızacağı gözlənilir və yağış ehtimalı yüksəkdir…
Xatırladaq ki, keçən il burada şənbə günü keçirilən məşqlər və sıralanma turu yağışlı, qalan sessiyalar isə quru havada baş tutmuşdu.