Çin -2017: Günün sürücüsü – Maks Ferstappen

Keçən ildən çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi 2016-cı il Sinqapur Qran Prisinə qədər yarışdan dərhal sonra çempionatın rəsmi saytında yerləşdirilmiş birgünlük sorğunun nəticələrinə görə müəyyən edilirdisə, həmin Qran Pridən etibarən sorğu yarış ərzində keçirilir.

F-1.az xəbər verir ki, yarışa 16-cı yerdən başlamasına baxmayaraq, üçüncü yeri tutaraq podiuma yüksələn Maks Ferstappen “Günün Sürücüsü” seçilib. Avstraliyadakı yarışda isə bu adı Sebastyan Fettel qazanmışdı.

Maks Ferstappen keçən mövsüm bu ada ən çox layiq görülən sürücü olmuşdu – gənc hollandiyalı yeddi dəfə “Günün Sürücüsü” seçilmişdi.

Xatırladaq ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarış əsnasında Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*