Çin-2017: Birinci sərbəst yürüşlər

Komandalar Şanxaydakı ilk sərbəst yürüşlərdə pis hava şəraitinə görə sürücüləri daha çox boksda saxlamağa üstünlük veriblər. Gecəboyu yağan yağış səhər zəifləyib. Tras nəm, hava isə çox soyuq olub.

F-1.az bildirir ki, sessiya başladıqdan beş dəqiqə sonra dayandırılıb. Buna səbəb tibbi helikopterin dumana görə havaya qalxa bilməməsi olub. Yaşıl bayraqlar 40 dəqiqə sonra dalğalandırılıb. Sürücülər məşqlərə başlayıblar, lakin trasın vəziyyətinin yaxşılaşmadığı məlum olub.

Sessiya səhvsiz ötüşməyib – doqquzuncu döngədə Haas-ın hər iki sürücüsü trasdan çıxıb. Startdan bir saat sonra isə Niko Hülkenberq idarəetməni itirib və maşını çınqıllığa düşüb, bundan sonra  Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib. Bir qədər sonra isə sessiya havanın vəziyyəti ilə əlaqədar qırmızı bayraqlarla dayandırılıb. Hətta hava şəraitinə görə Şanxaydakı hava limanı da bağlanıb.

Sona 10 dəqiqə qalmış sürücülər artıq boksları tərk etməyə başlayıblar. Beş dəqiqə sonra isə sessiyanın yenidən başlanmayacağı elan edilib. Yalnız 14 sürücünün nəticə göstərdiyi məşqlərdə Maks Ferstappen protokollara başçılıq edib – 1:50.491.

Sürücülər nahardan sonra işləməyə davam edəcəklər…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 3 Maks Ferstappen Red Bull 1:50.491 4
2 19 Felipe Massa Williams 1:52.086 + 0:01.595 7
3 18 Ləns Stroll Williams 1:52.507 + 0:02.016 7
4 55 Karlos Sayns Toro Rosso 1:52.840 + 0:02.349 5
5 8 Roman Qrojan Haas 1:53.039 + 0:02.548 6
6 26 Daniil Kvyat Toro Rosso 1:53.314 + 0:02.823 4
7 14 Fernando Alonso McLaren 1:53.520 + 0:03.029 5
8 3 Daniel Rikkardo Red Bull 1:54.038 + 0:03.547 7
9 77 Valtteri Bottas Mercedes AMG 1:54.664 + 0:04.173 4
10 20 Kevin Maqnussen Haas 1:55.104 + 0:04.613 8
11 27 Niko Hülkenberq Renault 1:55.608 + 0:05.117 6
12 2 Stoffel Vandorn McLaren 1:57.445 + 0:06.954 4
13 9 Markus Eriksson Sauber 2:15.138 + 0:024.647 4
14 36 Antonio Covinatsi Sauber 2:15.281 + 0:024.790 4
15 30 Colion Palmer Renault 3
16 5 Sebastyan Fettel Ferrari 2
17 7 Kimi Rəykkönen Ferrari 1
18 31 Esteban Okon Force İndia 2
19 11 Serxio Peres Force İndia 3
20 44 Lyuis Həmilton Mercedes AMG 2
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*