Çin-2016: Üçüncü sərbəst yürüşlər

Hava proqnozunun vəd etdiyi kimi, bu gün Şanxayda səhər tezdən yağış yağıb və məşqlərin başlanmasına qədər trasda kifayət qədər su yığılıb. Sürücülər bokslarını tərk etməyə tələsməyiblər - yalnız 15-ci dəqiqədən sonra Bottas trasda görünüb.

F-1.az xəbər verir ki, yağış təkərlərlə trasa çıxan finlandiyalı sürücüdən sonra digər sürücülər də trasa axışıblar, amma hamısı bir dövrə vurduqdan sonra boksa qayıdıblar. İlk zaman göstəricisini Kimi Rəykkönen göstərib və uzun müddət protokollara başçılıq edib. Roman Qrojan yerində fırlanıb, Colion Palmerin maşınında isə arxa sağ təkər deşilib və britaniyalı sürücü yavaş-yavaş boksa qayıdıb.

Sessiyanın ortasında Daniil Kvyat keçid təkərlərlə trasa çıxın ilk sürücü olub, amma iki dövrə vurduqdan sonra boksa qayıdıb. Digər sürücülər də yağışın dayanmasından istifadə edərək yaşıl təkərlərə keçiblər və sürətlər atıb. Sebastyan Fettel protokollarda liderliyi ələ alıb.

Tras sulu olduğu üçün sürücülərin hamısı səhvə yol veriblər, trasdan kənara çıxıblar, amma ciddi insident baş verməyib. Red Bull, Mercedes AMG və McLaren komandaları sürətli dövrəyə çıxmayıblar. markus Eriksson isə yalnız sessiyanın sonunda cəmi bir dövrə vurub.

Nahardan sonra bizi maraqlı sıralanma turu gözləyir – xatırladaq ki, keçənilki formatı izləyəcəyik…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 5 Sebastyan Fettel Ferrari 1:57.351 3
2 77 Valtteri Bottas Williams 1:58.061 + 0:00.710 7
3 11 Serxio Peres Force İndia 1:58.689 + 0:01.338 4
4 55 Karlos Sayns Toro Rosso 1:58.800 + 0:01.449 9
5 21 Esteban Qutyerres Haas 1:59.526 + 0:02.175 7
6 30 Colion Palmer Renault 1:59.677 + 0:02.326 7
7 20 Kevin Maqnussen Renault 1:59.761 + 0:02.410 9
8 94 Paskal Verlyayn Manor 1:59.964 + 0:02.613 8
9 33 Maks Ferstappen Toro Rosso 2:00.150 + 0:02.799 6
10 27 Niko Hülkenberq Force İndia 2:00.158 + 0:02.807 4
11 12 Felipe Nasr Sauber 2:00.197 + 0:02.846 8
12 7 Kimi Rəykkönen Ferrari 2:00.812 + 0:03.461 5
13 19 Felipe Massa Williams 2:02.438 + 0:05.087 4
14 88 Rio Haryanto Manor 2:02.732 + 0:05.381 5
15 22 Censon Batton McLaren 3
16 14 Fernando Alonso McLaren 3
17 8 Roman Qrojan Haas 4
18 26 Daniil Kvyat Red Bull 4
19 6 Niko Rosberq Mercedes AMG 2
20 3 Daniel Rikkardo Red Bull 3
21 44 Lyuis Həmilton Mercedes AMG 2
22 9 Markus Eriksson Sauber 1
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*