F-1.az trasın rəsmi saytına istiandən bildirir ki, keçən illə müqayisədə təşkilatçılar 9-cu və 10-cu döngələrin apeksində mövcud olan porebriklərin arxasında ikinci cərgə porebriklər düzüblər. Yeni porebrik cərgəsi birinci cərgədən 50 mm hündürdür, uzunluğu 3 metr, eni isə 1 metrdir.
Çin trasında bu il ötmə (DRS) zonaları elə əvvəlki sahələrdə yerləşəcək – hücum etmək istəyən sürücülər arxa qanadın hərəkətli elementini start düzlüyündə və 13-cü döngədən 14-cü döngəyədək olan düzlükdə aktivləşdirə biləcəklər. Maşınlar arasındakı interval 12-ci və 16-cı döngələrin girişində ölçüləcək.