Trasın arxitektoru Hermann Tilke çin dilində ŞAN (Şanxayda yarışmaq) heroqlifindən istifadə etdi və qurduğu trasların bir-birinə oxşamamasını sübut etdi. Yeddi sol və doqquz sağ döngə, iki uzun düz yol – ötmək imkanı verən sürətli tras. Deyilənlərə görə, yarış kompleksinin ümumi dəyəri 325 milyon dollar olmuşdu.
Yeni avtodrom sürücülərin xoşuna gəldi. Hücum etmək imkanı verən geniş tras, düz uzun yolun sonunda əylənmədə ötmək imkanı, geniş təhlükəsizlik zonaları və əla xidmət vasitələri – tamaşaçılara başqa nə lazımdır?
Çin avtodromunun ən başlıca problemi 200 minlik tribunaların olmasına baxmayaraq yerli azarkeşlərin milli yarışa maraqlarının böyük olmamasıdır. Təşkilatçılar boş yerləri xüsusi örtüklərlə bağlayırlar və kameraları elə yerləşdirirlər ki, ekranlarda çox görünməsinlər.
2016 FORMULA 1 CHINESE GRAND PRIX |
||||
Tarix | Tras | Dövrənin uzunluğu | Dövrələrin sayı | Yarış məsafəsi |
15-17 aprel 2016 | Shanghai International Circuit | 5451 m | 56 | 305.066 km |
Rəsmi sayt |
TRASIN XARAKTERİSTİKASI
Trasın konfiqurasiyası çox mürəkkəbdir və iki çətin sağ döngə sürücülərin işini lap çətinləşdirir. Radiusu artan bu döngələrdən birinin çıxışı təqvimdə ən uzun düzlüklərdən birinə çıxarır – daxili yanma mühərriyi maksimum dövriyyələrdə 20 saniyə çalışmalıdır – dövrənin təxminən beşdə biri.
İlk üç döngə ardıcıllığı çox maraqlı alınıb – mühəndislər bu hissəni minimum zaman ərzində qət etmək üçün sazlamalar axtarışını son anədək davam edirlər. Tras elə də hamar deyil, asfalt örtüyünün xüsusiyyətləri hər il fərqlənir.
Tras asfalta yatma qüvvəsinin orta kəmiyyətini və düzlüklərdə sürətlə yavaş döngələrdə asfaltla ilişmə arasındakı ənənəvi kompromis tələb edir. Uzunmüddətli döngələrin çoxluğuna görə maşının sazlanması zamanı izafi dönüşlüyün yaranmaması vacibdir.
Trasda iki müstəqil DRS zonası var – hücum etmək istəyən sürücülər arxa qanadın hərəkətli elementini start düzlüyündə və 13-cü döngədən 14-cü döngəyədək olan düzlükdə aktivləşdirə biləcəklər. Maşınlar arasındakı interval 12-ci və 16-cı döngələrin girişində ölçüləcək.
Təkərin yeyilməsi elə də çox deyil, iki ilbizvari döngə ön sol təkəri yüklədiyi üçün ən çox həmin təkər yeyilir. Əyləclərə yüklənmə olduqca çoxdur. Ən uzun düzlüyün sonunda sürücülər 100-120 metr ərzində sürətlərini 330 km/saatdan 60 km/saatadək azaldırlar.
2015-ci ilin Çin Qran Prisində sessiyalarda ən yaxşı nəticələr | ||||
Sessiya | Hava | Sürücü | Komanda | Zaman |
1-ci sərbəst yürüşlər | Günəşli, quru | Lyuis Həmilton | Mercedes AMG | 1:39.033 |
2-ci sərbəst yürüşlər | Günəşli, quru | Lyuis Həmilton | Mercedes AMG | 1:37.219 |
3-cü sərbəst yürüşlər | Günəşli, quru | Lyuis Həmilton | Mercedes AMG | 1:37.615 |
Sıralanma turu | Günəşli, quru | Lyuis Həmilton | Mercedes AMG | 1:35.782 |
Yarışda sürətli dövrə | Günəşli, quru | Lyuis Həmilton | Mercedes AMG | 1:42.208 |
TELEYAYIM
F-1.az xatırladır ki, Azərbaycanda bütün çempionatın yayım hüquq İdman Azərbaycan kanalında olduğu üçün Çin Qran Prisini İdman Azərbaycan və ya İdman Azərbaycan HD kanallarından izləyə bilərsiniz. Hər bir sessiyanın rəsmi protokolları isə saytımızda operativ yerləşdiriləcək…
Çin Qran Prisinin sessiyaları, Bakı vaxtılə | |||
Tarix | Sessiya | Zaman | TV |
15 aprel | 1-ci sərbəst yürüşlər | 06:00 | – |
15 aprel | 2-ci sərbəst yürüşlər | 10:00 | – |
16 aprel | 3-cü sərbəst yürüşlər | 08:00 | – |
16 aprel | Sıralanma turu | 11:00 | 10:50 |
17 aprel | Yarış | 10:00 | 09:50 |
HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ
Pirelli şirkəti Çinə də SuperSoft, Soft və Medium sliklərini gətirəcək – son iki tərkibdən hər hansı birindən yarışda mütləq istifadə olunmalıdır. Keçən il komandaların çoxu iki pit-stoplu strategiyaya üstünlük vermişdi, amma qarşıdakı yarışda 3 dəfə pit-stop etmək daha əlverişli görünür – ona görə də komandalar daha çox yumşaq təkərlər sifariş ediblər.
Sürücü | Komanda | Medium | Soft | SuperSoft |
L.Həmilton | Mercedes AMG | 4 | 4 | 5 |
N.Rosberq | Mercedes AMG | 3 | 5 | 5 |
S.Fettel | Ferrari | 3 | 4 | 6 |
K.Rəykkönen | Ferrari | 3 | 4 | 6 |
V.Bottas | Williams | 2 | 4 | 7 |
F.Massa | Williams | 1 | 5 | 7 |
D.Rikkardo | Red Bull | 2 | 5 | 6 |
D.Kvyat | Red Bull | 2 | 5 | 6 |
K.Maqnussen | Renault | 2 | 5 | 6 |
C.Palmer | Renault | 3 | 4 | 6 |
N.Hülkenberq | Force İndia | 2 | 5 | 6 |
S.Peres | Force İndia | 2 | 5 | 6 |
M.Ferstappen | Toro Rosso | 3 | 5 | 5 |
K.Sayns | Toro Rosso | 2 | 6 | 5 |
F.Alonso | McLaren | 2 | 4 | 7 |
C.Batton | McLaren | 2 | 4 | 7 |
M.Eriksson | Sauber | 5 | 4 | 4 |
F.Nasr | Sauber | 5 | 4 | 5 |
P.Verlyayn | Manor | 4 | 5 | 4 |
R.Haryanto | Manor | 4 | 5 | 4 |
R.Qrojan | Haas | 1 | 5 | 7 |
E.Qutyerres | Haas | 2 | 4 | 7 |
STATİSTİKA
Hazırkı pilotların Çin Qran Prisində nəticələri | |||||
Pilot | QP | Xallar | Poul | Podium | Qələbə |
Lyuis Həmilton | 9 | 136 | 5 | 7 | 4 |
Fernando Alonso | 12 | 96 | 2 | 5 | 2 |
Censon Batton | 12 | 89 | – | 4 | 1 |
Sebastyan Fettel | 9 | 88 | 3 | 3 | 1 |
Niko Rosberq | 10 | 86 | 1 | 4 | 1 |
Kimi Rəykkönen | 10 | 64 | – | 5 | 1 |
Felipe Massa | 12 | 46 | – | 2 | – |
Daniel Rikkardo | 5 | 20 | – | – | – |
Roman Qrojan | 4 | 16 | – | – | – |
Valtteri Bottas | 4 | 14 | – | – | – |
Niko Hülkenberq | 6 | 9 | – | – | – |
Felipe Nasr | 1 | 4 | – | – | – |
Serxio Peres | 5 | 2 | – | – | – |
Daniil Kvyat | 2 | 1 | – | – | – |
Markus Erikson | 2 | 1 | – | – | – |
Esteban Qutyerres | 2 | – | – | – | – |
Maks Ferstappen | 1 | – | – | – | – |
Karlos Sayns | 1 | – | – | – | – |
Kevin Maqnussen | 1 | – | – | – | – |
Colion Palmer | 1 | – | – | – | – |
Paskal Verlyayn | – | – | – | – | – |
Rio Haryanto | – | – | – | – | – |
Çin Qran Prisinin qalibləri | |||||
Tarix | Tras | Poul | Qələbə | ||
12.04.2015 | Şanxay | L.Həmilton | Mercedes AMG | L.Həmilton | Mercedes AMG |
20.04.2014 | Şanxay | L.Həmilton | Mercedes AMG | L.Həmilton | Mercedes AMG |
14.04.2013 | Şanxay | L.Həmilton | Mercedes AMG | F.Alonso | Ferrari |
15.04.2012 | Şanxay | N.Rosberq | Mercedes AMG | N.Rosberq | Mercedes AMG |
17.04.2011 | Şanxay | S.Fettel | Red Bull | L.Həmilton | McLaren |
18.04.2010 | Şanxay | S.Fettel | Red Bull | C.Batton | McLaren |
19.04.2009 | Şanxay | S.Fettel | Red Bull | S.Fettel | Red Bull |
19.10.2008 | Şanxay | L.Həmilton | McLaren | L.Həmilton | McLaren |
07.10.2007 | Şanxay | L.Həmilton | McLaren | K.Rəykkönen | Ferrari |
01.10.2006 | Şanxay | F.Alonso | Renault | M.Şumaxer | Ferrari |
16.10.2005 | Şanxay | F.Alonso | Renault | F.Alonso | Renault |
29.09.2004 | Şanxay | R.Barrikello | Ferrari | R.Barrikello | Ferrari |