Dünən həm birinci, həm ikinci sərbəst yürüşlər quru havada baş tutmuşdu, bu gün səhər isə sürücülər yağış altında sulu trasda məşq ediblər. Sessiyanın ortasında yağış dayanmış və tras qurumağa başlamışdı. Sıralanma turunun startına bir neçə yerdə sulu sahə qalmışdı.
Ona görə də ilk sessiyada sürücülərin çoxu trasa keçid təkərlərlə çıxıblar, amma bəzi sürücülər elə ilk cəhdlərinə slikləri seçiblər. Verlyayn da risk edərək trasa SuperSoft-la çıxıb, amma start düzlüyünün əvvəlində toplaşmış su gölməçəsinin üstündən keçəndə maşın fırlanıb, sürüşərək trasdan çıxıb və baryerlərə çırpılıb.
Sessiya qırmızı bayraqlarla dayandırılıb. Pauza 20 dəqiqədən çox davam edib – maşının təxliyəsindən sonra marşallar həmin gölməçəni qurutmağa çalışıblar.
Restartdan sonra hamı trasa sliklərlə çıxıb, trasın vəziyyəti yaxşılaşdıqca sürətlər də artmağa başlayıb. Əvvəlcə Rosberq protokollara başçılıq edib, sonra Rəykkönen birinciliyə yüksəlib, yekunda isə Fettel hamını üstələyib – 1:37.001. Həmilton isə sürətli dövrəsini başa vurmadan boksa yollanıb – deyilənlərə görə, maşında ERS problemləri üzə çıxıb. Onunla birlikdə mübarizəni Verlyayn, Palmer, Haryanto, Qutyerres və Maqnussen dayandırıblar.
İkinci sessiyada Rosberq ilk cəhdinə Soft təkərlərlə çıxıb ki, sabah yarışın startına da bu təkərlərlə çıxsın – komanda sürücüsü üçün strateji üstünlük qazanıb, digər sürücülər isə trasa SuperSoft-la yollanıblar. Rosberqin sarı təkərlərlə göstərdiyi nəticə ilk onluğa düşməyə kifayət edib, onu yalnız Ferrari sürücüləri üstələyiblər: Rəykkönen bu dəfə komanda yoldaşından sürətli olub – 1:36.118.
Sessiya qırmızı bayraqlarla dayandırılıb – Hülkenberqin maşınından sol ön təkər ayrılıb. Niko maşını dayandırıb, trasda sürətli dövrədə olan sürücülər isə boksa qayıtmalı olublar. Mübarizəni isə Massa, Alonso, Batton, Qrojan, Eriksson və Nasr dayandırıblar. Pauza yenə də uzanıb – maşının təxliyəsi 10 dəqiqə çəkib.
Son sessiyada Rosberq ilk cəhdində protokollara başçılıq etsə də, Rəykkönen onu üstələyib – 1:35.972, Fettel isə trasa çıxmayıb. İkinci cəhdində Rosberq 1:35.402 nəticə göstərərək poul qazanıb.
Niko Rosberq Şanxayda sıralanma turunda birinci olmaqla mövsümdə ilk, karyerasında isə 23-cü poulunu qazanıb. Sabah onunla birlikdə ilk cərgədən Daniel Rikkardo start alacaq. Sabahkı yarışın ikinci start cərgəsi tam heyətlə Ferrari-nin olacaq – Rəykkönen və Fettel.
Bizi maraqlı start və yarış gözləyir!
Yer | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | ||||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | |||
1 | Niko Rosberq | Mercedes AMG | 6 | 1:37.669 | 7 | 3 | 1:36.240 | 3 | 1 | 1:35.402 | 6 |
2 | Daniel Rikkardo | Red Bull | 7 | 1:37.672 | 3 | 4 | 1:36.815 | 4 | 2 | 1:35.917 | 6 |
3 | Kimi Rəykkönen | Ferrari | 2 | 1:37.347 | 4 | 1 | 1:36.118 | 3 | 3 | 1:35.972 | 6 |
4 | Sebastyan Fettel | Ferrari | 1 | 1:37.001 | 4 | 2 | 1:36.183 | 3 | 4 | 1:36.246 | 3 |
5 | Valtteri Bottas | Williams | 3 | 1:37.537 | 4 | 5 | 1:36.831 | 3 | 5 | 1:36.296 | 6 |
6 | Daniil Kvyat | Red Bull | 8 | 1:37.719 | 4 | 6 | 1:36.948 | 4 | 6 | 1:36.399 | 6 |
7 | Serxio Peres | Force İndia | 10 | 1:38.096 | 5 | 7 | 1:37.149 | 4 | 7 | 1:36.865 | 6 |
8 | Karlos Sayns | Toro Rosso | 5 | 1:37.656 | 5 | 8 | 1:37.204 | 4 | 8 | 1:36.881 | 6 |
9 | Maks Ferstappen | Toro Rosso | 12 | 1:38.181 | 5 | 9 | 1:37.265 | 4 | 9 | 1:37.194 | 6 |
10 | Niko Hülkenberq | Force İndia | 11 | 1:38.165 | 6 | 10 | 1:37.333 | 4 | 10 | – | 0 |
11 | Felipe Massa | Williams | 9 | 1:38.016 | 5 | 11 | 1:37.347 | 4 | |||
12 | Fernando Alonso | McLaren | 15 | 1:38.451 | 7 | 12 | 1:38.826 | 4 | |||
13 | Censon Batton | McLaren | 4 | 1:37.593 | 7 | 13 | 1:39.093 | 4 | |||
14 | Roman Qrojan | Haas | 14 | 1:38.425 | 9 | 14 | 1:39.830 | 4 | |||
15 | Marksu Eriksson | Sauber | 13 | 1:38.321 | 7 | 15 | 1:40.742 | 4 | |||
16 | Felipe Nasr | Sauber | 16 | 1:38.654 | 7 | 16 | 1:42.430 | 4 | |||
17 | Kevin Maqnussen | Renault | 17 | 1:38.673 | 9 | ||||||
18 | Esteban Qutyerres | Haas | 18 | 1:38.770 | 9 | ||||||
19 | Colion Palmer | Renault | 19 | 1:39.528 | 9 | ||||||
20 | Rio Haryanto | Manor | 20 | 1:40.264 | 9 | ||||||
21 | Paskal Verlyayn | Manor | 21 | – | 2 | ||||||
22 | Lyuis Həmilton | Mercedes AMG | 22 | – | 3 |