F-1.az xatırladır ki, keçən il sürücülərin çoxu yarış məsafəsini iki pit-stopla başa vurmuşdu, amma bu il pit-stopların sayı çox ola bilər…
Pol Hembri, Pirelli Motorsport-un başçısı: “Çin trası mövsümün əvvəlki iki trasından fərqlənir, amma biz yarışa eyni tərkibləri seçmişik – bu seçim bizim təkərlərin universallığını, onların daha geniş diapazonda işləmək qabiliyyətini göstərir.
Əminəm ki, Şanxayda daha maraqlı bir yarış görəcəyik. Əvvəlki illərdən də bəllidir ki, bu trasda hər şey baş verə bilər, ona görə də komandalar sərbəst yürüşlərdə ciddi çalışacaqlar, strategiya seçiminə daha ciddi yanaşacaqlar. Əvvəlki iki yarışdan da gördük ki, bu 3 tərkiblə müxtəlif strateji variantlar seçmək mümkündür, elə Çində də variantların müxtəlifliyini gözləyirik”.