Çin-2016: İkinci sərbəst yürüşlər

Nahardan sonra komandalar sazlanmaların axtarışını davam etdirməklə 3 təkər tərkibinin effektivliyini də uzun məsafələrdə qiymətləndiriblər. Asfaltın vəziyyəti yaxşılaşıb, amma sürücülərin işinə güclü külək mane olub.

F-1.az bildirir ki, sessiyanın başlamasından 15 dəqiqə sonra Qutyerresin maşınında arxa əyləclər od tutub alovlanıb – sürücü yavaş-yavaş boksa qayıdıb, mexaniklər odu ram etməyə çalışsalar da, yanğını dərhal söndürə bilməyiblər. Nahardan əvvəl Esteban elektrik problemləri üzündən trasa çıxa bilməmişdi, bu dəfə isə əyləc problemləri meksikalı sürücüyə mane olub.

Kevin Maqnussen də ikinci sessiyanı buraxmalı olub – komanda nahardan əvvəl danimarkalı sürücünün maşınında arxa sol təkərin partlaması səbəbini müəyyən edə bilməyib. Səhər iki dəfə təkəri partlamış Felipe Massa isə nahardan sonra problemsiz sessiya keçirib.

Sessiyanın ortasında Kimi Rəykkönenin SuperSoft təkərlərlə göstərdiyi nəticəni heç kim üstələyə bilməyib – 1:36.896, çünki bundan sonra hamı uzun dövrələr seriyasında işləməyə başlayıb.

Yer N Komanda Sürücü Zaman Fərq Dövrə
1 7 Kimi Rəykkönen Ferrari 1:36.896 35
2 5 Sebastyan Fettel Ferrari 1:37.005 + 0:00.109 33
3 6 Niko Rosberq Mercedes AMG 1:37.133 + 0:00.237 33
4 22 Lyuis Həmilton Mercedes AMG 1:37.329 + 0:00.433 33
5 3 Daniel Rikkardo Red Bull 1:38.143 + 0:01.247 31
6 33 Maks Ferstappen Toro Rosso 1:38.268 + 0:01.372 28
7 27 Niko Hülkenberq Force India 1:38.527 + 0:01.631 31
8 55 Karlos Sayns Toro Rosso 1:38.542 + 0:01.646 32
9 11 Serxio Peres Force India 1:38.569 + 0:01.673 31
10 77 Valtteri Bottas Williams 1:38.723 + 0:01.827 34
11 14 Fernando Alonso McLaren 1:38.728 + 0:01.832 31
12 22 Censon Batton McLaren 1:38.828 + 0:01.932 28
13 26 Daniil Kvyat Red Bull 1:39.178 + 0:02.282 31
14 19 Felipe Massa Williams 1:39.214 + 0:02.318 34
15 30 Colion Palmer Renault 1:39.774 + 0:02.878 32
16 8 Roman Qrojan Haas 1:39.890 + 0:02.994 22
17 94 Paskal Verlyayn Manor 1:39.941 + 0:03.045 36
18 9 Markus Eriksson Sauber 1:39.979 + 0:03.083 35
19 88 Rio Haryanto Manor 1:40.550 + 0:03.654 33
20 12 Felipe Nasr Sauber 1:41.066 + 0:04.170 32
21 21 Esteban Qutyerres Haas 1:42.954 + 0:06.058 4
22 20 Kevin Maqnussen Renault
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*