Çin-2016: Birinci sərbəst yürüşlər

Sərbəst yürüşlərin birinci sessiyası maraqlı hadisələrlə zəngin olub. Amma hər şey adi və sakit başlayıb - Mercedes AMG sürücüləri sürətli dövrəyə imza atdıqdan sonra boksa qayıdarkən Lyuis Həmilton 11-ci döngədə maşını nəzarətdən buraxıb: yerində dövrə vurub fırlanan Lyuis boksa özü qayıdıb.

F-1.az xəbər verir ki, sessiyanın 18-ci dəqiqəsində Massanın Williams-ında arxa sol təkər dağılıb. Braziliyalı sürücü baryerlərə çırpılmadan qurtulsa da, tras qırıntılarla dolub. Ona görə də Virtual Təhlükəsizlik Maşını (VSC) rejimi elan olub. Amma bir neçə marşalın trasda şütüyən maşınların arasından trasa çıxaraq qırıntı toplaması stüardları qorxudub və bir neçə dəqiqədən sonra qırmızı bayraqlar dalğalanb.

Restart elan olunan kimi bütün sürücülər trasa tələsiblər – yalnız Esteban Qutyerres elektrik problemləri üzündən boksu tərk edə bilməyib. Amma bir müddət keçdikdən sonra hadisələr sanki təkrarlanıb – əvvəlcə 11-ci döngədə Həmilton yerində fırlanıb, daha sonra isə Massanın maşınında arxa sol təkər partlayıb.

Bu dəfə Felipe daha səliqəli davranıb və yavaş-yavaş boksa qayıdıb. Amma bir neçə saniyədən sonra Maqnussenin də maşınında arxa sol təkər partlayıb. Danimarkalı sürücünün Renault-su ciddi zədələnib – asılqan dağılıb, tras maşının və təkərin qırıntıları ilə dolub. Sessiya yenə də qırmızı bayraqlarla dayandırılıb. Amma bu dəfə stüardlar trası qırıntılardan ciddi təmizləmək qərarı qəbul ediblər.

Bu zaman Pirelli bəyanat yayıb ki, Massanın maşınında eyni təkərin iki dəfə partlaması hansısa texniki problemin nəticəsidir və təkərlə əlaqəli deyil. Williams komandası da bu faktı təsdiqləyib – Pət Simondsun bildirdiyinə görə, problem təkər qaykasından qaynaqlanıb.

Sessiyanın sonuna 5 dəqiqə qalmış restart elan olunub. Sürücülərin çoxu trasa çıxaraq sürətli nəticələr göstərə biliblər. Protokollara isə komanda yoldaşını 0.1 saniyə üstələyən Rosberq başçılıq edib. Nahardan sonra sessiya davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 6 Niko Rosberq Mercedes AMG 1:38.037 16
2 44 Lyuis Həmilton Mercedes AMG 1:38.183 + 0:00.146 16
3 5 Sebastyan Fettel Ferrari 1:38.665 + 0:00.628 12
4 3 Daniel Rikkardo Red Bull 1:39.061 + 0:01.024 13
5 7 Kimi Rəykkönen Ferrari 1:39.155 + 0:01.118 11
6 26 Daniil Kvyat Red Bull 1:39.625 + 0:01.588 14
7 55 Karlos Sayns Toro Rosso 1:39.676 + 0:01.639 12
8 22 Censon Batton McLaren 1:39.974 + 0:01.937 11
9 27 Niko Hülkenberq Force İndia 1:40.169 + 0:02.132 13
10 33 Maks Ferstappen Toro Rosso 1:40.232 + 0:02.195 13
11 11 Serxio Peres Force İndia 1:40.347 + 0:02.310 15
12 14 Fernando Alonso McLaren 1:40.538 + 0:02.501 11
13 77 Valtteri Bottas Williams 1:40.828 + 0:02.791 10
14 8 Roman Qrojan Haas 1:41.358 + 0:03.321 9
15 9 Markus Eriksson Sauber 1:41.393 + 0:03.356 18
16 88 Rio Haryanto Manor 1:41.614 + 0:03.577 20
17 30 Colion Palmer Renault 1:41.816 + 0:03.779 16
18 94 Paskal Verlyayn Manor 1:42.908 + 0:04.871 14
19 12 Felipe Nasr Sauber 1:42.980 + 0:04.943 8
20 20 Kevin Maqnussen Renault 6
21 21 Esteban Qutyerres Haas 2
22 19 Felipe Massa Williams 4
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*