Çin-2016: Beş maşında güc qurğusunun elementləri dəyişdirilib

Bu gün səhər beş maşında güc qurğusunun müəyyən elementləri dəyişdirilib.

F-1.az xatırladır ki, artıq 3 ildir güc qurğusu 6 elementə bölünüb və hər bir elementdən mövsümün gedişində 5 ədəd istifadə etmək olar. Ona görə də bu əvəzləmələrin heç birinə görə sürücülərə sanksiya tətbiq edilməyəcək.

Sebastyan Fettel və Censon Batton Bəhreyndə yaşadıqları texniki problemlərə görə, yeni daxili yanma mühərriyi, turbin, MGU-H və MGU-K generatorları alıblar.

Bundan başqa Colion Palmerin maşınında akkumulyator, Niko Hülkenberq və Kevin Maqnussenin maşınlarında isə elektron vahid idaretmə bloku dəyişdirilib.

 

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*