F-1.az bildirir ki, 1936-cı il martın 4-də Şotlandiyanın Fayfşir şəhərində anadan olan və kiçik yaşlarından avtoidmana marağı olan Cim ailəsinin etirazlarına baxmayaraq, bir sıra yarışlarda mübarizə aparır. Onun da Formula1-ə gəlişində əsas səbəbkar əfsanəvi Kolin Çəpmən olur.
1960-cı ildə Hollandiya Qran Prisi ilə debüt etdiyi Formula1-də 9 mövsüm yarışır. O, 33-ü pouldan olmaqla 72 dəfə start alsa da, 49 dəfə finiş xəttini keçə bilir. Başa vurduğu yarışların yarısında, yəni 25 dəfə qələbə qazanan Klark 32 dəfə podiuma yüksəlir. 28 yarışda isə sürətli dövrənin sahibi olur. Bu göstəricilər ona iki dəfə – 1963-cü və 1965-ci illərdə titul qazandırır.
1968-ci ildə komandasının Firestone şirkəti ilə müqaviləsinə əsasən, Formula2 yarışlarında da iştirak etməli olur. Hokkenheymdə baş tutan və iki hissəli olması planlaşdırılan yarışın ilk hissəsinin 5-ci dövrəsində trasdan çıxan Cimin maşını ağaca çırpılır. Ağır zədələr alan gənc dünya çempionu xəstəxanaya çatmamış yolda həyatını itirir.
O, həm də 1965-ci ildə İndianapolis 500 yarışının qalibi olub.
Cim Klakr cəmi 2 titul qazansa da, Formula1 tarixinin ən böyük sürücülərindən biri hesab edilir. Daha uzun müddət yarışa bilsəydi, bəlkə də titullarının sayı daha çox olardı…
Cim Klarkın həyatı və karyerası barədə daha ətraflı bu yazımızdan oxuya bilərsiz…