F-1.az xəbər verir ki, həftəsonu başlamazdan əvvəl açıqlanıb ki, interval ölçmə nöqtəsi 27-ci döngənin çıxışında, aktivləşdirmə nöqtəsi isə dögədən 170 metr sonra yerləşir. Tənzimləmədən sonra interval ölçmə nöqtəsi eyni qalıb, lakin aktivləşdirmə nöqtəsi indi 27-ci döngədən 240 metr sonra yerləşir.
Birinci və ikinci DRS zonalarına dəyişiklik edilməyib. Birincinin interval ölçmə nöqtəsi 17-ci döngənin çıxışında, aktivləşdirmə nöqtəsi isə 19-cu döngənin çıxışında yerləşir. İkinci DRS zonasının intervalı üçün ölçmə nöqtəsi 22-ci döngənin girişində, aktivləşdirmə nöqtəsi 25-ci döngənin girişində yerləşir.