Ciddə trası 2027-ci ilə qədər təqvimdə qalacaq

Səudiyyə Ərəbistanı Qran Prisi F1-də 2021-ci ildə Ciddədəki müvəqqəti şəhər trasında debüt edib. Yarışın 2026-cı ildən etibarən Qiddiyada tikilməkdə olan stasionar trasda keçiriləcəyi bildirilirdi.

F-1.az-ın xəbətinə görə, deyəsən prosses gecikir. Çünki indi də yarışın təşkilatçıları Ciddədəki trasın azı 2027-ci ilə qədər Qran Priyə ev sahibliyi edəcəyini açıqlayıblar.

Martin Vitaker, yarışın promouteri: “Ciddə trasının gələcəyinə zəmanət vermək vacibdir. Biz F1 və FİA rəhbərliyi ilə həmişə birlikdə işləyirik. Qiddiyadakı trasın tikintisi başa çatanadək yarışlar burada keçiriləcək. Qiddiyadakı tras isə dünyanın ən yaxşı yarış və əyləncə məkanı olması üçün dizayn edilir. Bu unikal layihədir və biz hamımız ora mümkün qədər tez keçmək istəyirik. Lakin yaxın gələcəkdə bizim və bütün dünyanın diqqəti Ciddəyə yönələcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*