“Chelsea FC” futbol klubu Sauber komandasının yeni tərəfdaşıdır

Çin Qran Prisi günlərində Sauber maşınlarında motor qapağının üzərində gələcək sponsorun loqotipi yerində “Out of the blue” yazısı peyda olarkən […]

Çin Qran Prisi günlərində Sauber maşınlarında motor qapağının üzərində gələcək sponsorun loqotipi yerində “Out of the blue” yazısı peyda olarkən komandanın nümayəndələri bildirmişdilər ki, şirkətin adı İspaniya Qran Prisi ərəfəsində açıqlanacaq.

Paddokda bu məsələ aktiv müzakirə olunurdu, versiyalardan birinə görə, komandanın tərəfdaşı Roman Abramoviçə məxsus olan “Chelsea FC” futbol klubu ola bilərdi. Bu gün Sauber-in mətbuat xidməti təsdiq edib ki, Barselonada İspaniya Qran Prisindən başlayaraq maşınların motor qapaqları üzərində futbol klubunun loqotipəri peyda olacaq, Sauber-in loqotipləri isə klubun ev stadionunda, rəsmi sənədlərində və müsahibə zamanı arxa fonda peyda olacaq.

Monişa Kaltenborn, komandanın icraçı direktoru: “Əvvəllər Formula1 komandaları və futbol klublar belə bir formada əməkdaşlıq etməyiblər, hərçənd, bəzi cəhdlər olub. Söhbət ən yüksək beynəlxalq səviyyəli idmandan gedir, Sauber komandasının və “Chelsea FC” klubunun idman və kommersiya fəaliyyətlərində ümumi cəhətlər çoxdur və biz bu sahələrdə bir-birimizi gücləndirmək istəyirik. Birlikdə biz uğur qazanacyıq və futbol klubuna Çempionlar Liqasının finalında uğur arzulayırıq.”

Tərəflər əməkdaşlıq və birgə layihələrin bir neçə inkişaf istiqamətlərini hazırlayıblar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*