Sıralanma turundan sonra Toyota komandasının başçısı Con Hauett Sky Sport telekanalına müsahibəsində bildirib ki, Timo Qlokun sağlamlığı təhlükə altında deyil…
Con Hauett: “Mənə məlum olduğuna görə, Timo qaydasındadır, amma o hospitalda müayinədən keçir. Məncə, onun yüngülcə ayağı sıxılıb və beli ağrıyır. Ona görə də, ümumən, hər şey qaydasındadır.
Telemtriyaya əsasən maşında problem yox idi və hələlik qəzanın səbəbini söyləmək çətindir.
Biz ümid edirik ki, sabah o starta çıxa biləcək. Əgər bu mümkün olmasa, yarışda yalnız Yarno Trulli iştirak edəcək. Gözləmək və baxmaq lazımdır ki, Timo axşam və sabah səhər nə vəziyyətdə olacaq. Amma biz bilirik ki, o çox mərddir və komandaya qayıtmaq üçün əlindən gələni edəcək.”